Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Əlil Müəllimlərin Təyinatı və Maneəsiz Baxış - 2030” Təqdimat mərasiminə qatılıb.“Qafqazinfo” xəbər verir ki, Türkiyə Prezidenti mərasim zamanı sürprizlə qarşılaşıb. Sağlamlıq imkanları məhdud bir gənc Ərdoğanla anası Tənzilə Ərdoğanın sadə qələmlə çəkilmiş portretini Prezidentə təqdim edib.
Bu hədiyyənin qarşısında kövrələn Ərdoğan gəncin əllərindən öpüb.
Türkiyə lideri tədbir zamanı həmin gəncə diqqətini əsirgəməyib.