Rusiya 175 minlik qoşunla Ukraynaya hücuma hazırlaşır? - ABŞ KƏŞFİYYATI MƏLUMAT YAYDI
VİDEO
"Rusiya 2022-ci ildə bir neçə cəbhədən Ukraynaya hücuma keçməyi planlaşdırır".
 
UNIAN xəbər verir ki, bu qənatə ABŞ kəşfiyyat idarəsinin rəsmiləri gəliblər. Onlar hesab edirlər ki, hücumda 175 min rus hərbçisi iştirak edəcək.
 
ABŞ kəşfiyyatının bu iddiası “Washington Post”a sızdırılan hesabatda da əksini tapıb.
 
Sənəddə hücuma hazırlaşan rus əsgərlərinin mövqeləri də aydın göstərilir. İddia edilir ki, Rusiyanın yeni artilleriya və atəş texnikası ilə yanaşı, 50 taktiki bölməsi Ukrayna sərhədinə yaxın bir neçə nöqtəyə yerləşdirilib.
 
Qeyd edək ki, rəsmi Kiyev də bundan əvvəl yanvarda müharibə olacağı barədə xəbər yaymışdı. Amma maraqlıdır ki, Ukrayna rəsmiləri Rusiyanın sərhədə 94 min əsgər yerləşdirdiyini iddia edirlər. ABŞ kəşfiyyatının sənədində isə təkcə taktiki batalyonlardakı əsgər sayının hazırda 70 min civarında olduğu, yaxın gələcəkdə bu rəqəmin 175 minə yüksələcəyi və Rusiyanın davamlı olaraq hədəfi çaşdırmaq üçün əsgərlərini gah sərhədlərə göndərib, gah da geri çəkdiyi iddia olunur.
 
Bu arada müxtəlif Teleqram kanallarında Rusiya-Ukrayna gərginliyi ilə bağlı yeni video və informasiyalar yayılır. Məsələn, onlardan birində iddia olunur ki, hazırda Rusiya Mərkəz Hərbi Dairəsinin 55-ci motoatıcı briqadasına məxsus Tiqr–M texnikaları daxil olmaqla, bir çox zirehli texnika Ukrayna sərhədinə daşınır...
 
Senzor.az








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.