Ceyhun Bayramov Ararat Mirzoyanla görüşdən imtina etdi
NÖVBƏTİ ERMƏNİ TƏXRİBATINA CAVAB
ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirak edən Azərbaycan və Ermənistan Xarici İşlər nazirıiklərinin (XİN) başçıları Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş yenə baş tutmayıb.
 
Senzor.az xatırladır ki, Avropa İttifaqı xarici siyasət departamentinin nümayəndəsi Lük Pyer Devin rəsmən bəyan etmişdi ki, 2 dekabrda Bayramov-Mirzoyan görüşü olacaq. Lakin görüş olmadı.
 
Ötən gün isə Ermənistan XİN görüşün 3 dekabrda keçirilə biləcəyini açıqladı. Ancaq ötən gün də Bayramovla Mirzoyan arasında görüş olduğunu təsdiqləyən hansısa məlumat açıqlanmayıb.
 
Erməni tərəfinin iddiasına görə, C.Bayramov görüşdən imtina edib.
 
Maraqlıdır, niyə?
 
Azərbaycan XİN bir az əvvəl məsələyə aydınlıq gətirib. XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva öncə xatırladıb ki, 2-3 dekabr tarixlərində Stokholm şəhərində ATƏT-in Nazirlər Şurasının 28-ci iclası keçirilib və Azərbaycan xarici işlər naziri bu iclasda iştirak edib.
 
"İclasdan öncə Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan nazirlərinin növbəti görüşünün Stokholmda keçirilməsi təklifi ilə çıxış etmişdi. Bəllidir ki, Azərbaycan hər zaman dialoqun tərəfdarıdır və bundan öncə keçirilmiş Nyu-York, Minsk və Paris görüşlərində Azərbaycan xarici işlər naziri post münaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsələlər ilə bağlı ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Lakin 3 dekabr tarixində nəzərdə tutulan görüşdən bir neçə saat öncə Ermənistan tərəfinin təxribatı baş verdi. Belə ki, Ermənistan parlamentarlarının Azərbaycan Respublikası ərazilərinə qanunsuz səfər etməsi ilə bağlı məlumat yayıldı. Beləliklə də Azərbaycan tərəfi Ermənistanın bu təxribatına cavab olaraq, Stokholmda iki ölkə nazirinin görüşünün keçirilməsini məqsədəuyğun hesab etmədi. Göründüyü kimi, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən addımların atılmasına baxmayaraq, Ermənistan hərbi-siyasi təxribatlarını davam etdirir. Ermənistanın bu mövqeyi bölgədə sülh quruculuğu səylərinə xələl gətirir", - deyə o qeyd edib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.