Milli Məclisin deputatı Vahid Əhmədov aclıq aksiyası keçirən Saleh Rüstəmlinin azadlığa buraxılması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.Senzor.az bildirir ki, Vahid Əhmədov yerli KİV-ə açıqlamasında məlumatı təsdiqləyib. O, Saleh Rüstəmovun səhhətinin ağır olduğunu deyib.
Müraciətində deputat Saleh Rüstəmovun I Qarabağ savaşında iştirak etdiyini vurğulayaraq qeyd edib ki, onun aclıq aksiyası keçirməsi cəmiyyətin geniş təbəqələrində ciddi naratlıq yaradıb: “Humanizm prinsiplərini əsas tutaraq Saleh Rüstəmov barəsində ədalətli qərar qəbul edilməsinə və onun azadlığa buraxılması üçün səlahiyyətləriniz çərçivəsində yardımçı olmağınızı xahiş edirəm”.
Müraciətdə bu təşəbbüsün “Saleh Rüstəmovun hüquqlarını müdafiə komitəsi”ndən gəldiyi qeyd olunub.
