BMT-nin Baş katibi Antonio Quterreş təcrid edilib.Senzor.az-ın məlumatına görə, buna səbəb 72 yaşlı diplomatın ötən gün Covid-19-a yoluxmuş BMT əməkdaşı ilə təmasda olmasıdır.
Baş katib bir neçə günlük təcrid olunub. Onun bütün birbaşa təmasları ləğv edilib.
Baş katibin sözçüsü məsələni ətraflı şərh etməyib. Yalnız onu bildirib ki, Quterreş üçüncü doza vaksini ötən həftə qəbul edib.