ANAMA Daşaltıda minaya düşən şəxslərlə bağlı məlumat yaydı - YENİLƏNİB
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Şuşada mülki şəxslərin minaya düşməsi ilə bağlı məlumat yayıb.

Senzor.az bildirir ki, məlumatda deyilir: "Şuşa şəhərinin Daşaltı kəndindən 1300 metr məsafədə, minatəmizləmə əməliyyatları icra edilməyən ərazidə iki nəfər - 1999-cu il təvəllüdlü Xanatov Orxan Norim oğlu və 1993-cu il təvəllüdlü Qəndiyev Vüsal Firuddin oğlu mina partlayışından həlak olub. Hadisə 9 dekabr tarixində saat 08:30 radələrində baş verib. Agentliyin təmizləmə qrupu tərəfindən hər iki şəxsin cəsədi minalı ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
 
ANAMA-nın İctimaiyyətlə əlaqələr və mətbuatla iş şöbəsi məlumat üçün bildirir ki, partlayış nəticəsində həlak olan şəxslər Daşaltı kəndində bərpa və quruculuq işlərini həyata keçirən tikinti şirkətinin əməkdaşları olub.
 

Azərbaycan Minatəmizləmə Agentliyi tərəfindən aparılmış ilkin araşdırmalara görə hadisə düşmənin basdırdığı sürpriz mina partlayışı nəticəsində baş verib. Piyada əleyhinə minanın altına tank əleyhinə minanın qoyulması daha güclü partlayışa və öz növbəsində minaya düşənin ölümünə səbəb olur. Bu tip sürprizlər bir daha Ermənistan tərəfinin terrorçu niyyətinin baris nümunəsidir.
 
ANAMA tərəfindən azad edilən ərazilərdə bərpa-quruculuq işləri ilə məşğul olan şəxslərə növbəti dəfə müraciət olunur ki, təhlükəli və şübhəli ərazilərə daxil olmasınlar, rastlaşdıqları naməlum əşyalara toxunmasınlar".


Bu arada o da məlum olub ki, faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb.
 
Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir.

 
**12:55

Şuşanın Daşaltı kəndində iki nəfər minaya düşərək ölüb.
 
Senzor.az
bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, iki mülki şəxs mina partlaması nəticəsində həlak olub.
 
Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.
 
Əlavə məlumat veriləcək.
 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.