Lənkəranda “Azərişıq” ASC-nin əməkdaşının maşınının yandırılması ilə bağlı cinayət işi açılıb.Senzor.az bildirir ki, bunu Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev deyib.
O qeyd edib ki, hadisə baş verdikdən dərhal sonra faktı törətməkdə şübhəli bilinən rayon sakini Sabir Əliyev saxlanılaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirilib: "Faktla bağlı cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) və 186.2.2-ci (əmlakı məhv etmə və ya zədələmə: yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.
S.Əliyev şübhəli şəxs qismində tutulub. Hazırda müvafiq istintaq hərəkətləri davam etdirilir”.
**11:36
Lənkəranda “Azərişıq” ASC-nin əməkdaşının maşınına benzin töküb yandırıblar.
Oxu.Az xəbər verir ki, “Azərişıq”ın əməkdaşı Rauf Kərimov şəhər sakini S.Əliyevin evində qanunsuz əlavə elektrik xətti aşkar edərək akt tərtib edib. Bundan qəzəblənən vətəndaş R.Kərimova məxsus VAZ-2115 markalı maşının üzərinə benzin tökərək yandırıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev sayta açıqlamasında faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparıldığını deyib.