Dekabrın 10-da Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə “3+2” formatında keçilən regional platformanın ilk toplantısı başa çatıb.Senzor.az bildirir ki, bu barədə Rusiya XİN-in saytı məlumat yayıb.
Bildirilir ki, iclasda çoxplanlı regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
**17:44
Rusiyanın paytaxtı Moskva şəhərində regional əməkdaşlıq üzrə “3+2” formatında ilk görüş keçirilir.
Senzor.az bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar evində başlayan görüşdə Azərbaycan, Rusiya, Türkiyə, Ermənistan və İran xarici işlər nazirlərinin müavinləri iştirak edirlər.
Azərbaycanı görüşdə XİN rəhbərinin müavini Xələf Xələfov təmsil edir.
Məlumata görə, iclas qapalı keçirilir.
Xatırladaq ki, Gürcüstan müzakirələrə qatılmayıb.
**09:56
Bu gün Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə “3+2” formatında regional platformanın ilk toplantısı keçiriləcək.
Senzor.az bildirir ki, beş ölkənin xarici işlər nazirləri müavinlərinin qatılacağı toplantıda Azərbaycanı XİN başçısının müavini Xələf Xələfov təmsil edəcək.
Qeyd edək ki, danışıqların "3+3” formatında keçirilməsi təklif olunurdu. Amma Gürcüstan Moskva toplantısında iştirakdan imtina edib. Rəsmi Tbilisinin dünən yaydığı bəyanatda bir daha bildirilib ki, Gürcüstan bu formatında iştirakını nəzərdən keçirmir: ““XİN bu mövzuda öz mövqeyini dəfələrlə ifadə edib. Biz bu formatda iştirakı nəzərdən keçirmirik və buna görə də dekabrın 10-na təyin edilmiş görüşdə təmsil olunmayacağıq”.Onu da xatırladaq ki, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İranın daxil olduğu altı ölkədən ibarət əməkdaşlıq platformasının yaradılması ideyasını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev irəli sürüblər.