Ermənistanda aksiya iştirakçıları XİN-in binasına girdilər – 13 NƏFƏR SAXLANILDI
FOTO
Ermənistanda "Azadlıq" hərəkatının üzvləri etiraz aksiyası keçirirlər.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, aksiya iştirakçıları Xarici İşlər Nazirliyinin binasına daxil olublar.
 
Hadisə yerinə polis və təhlükəsizlik qüvvələri cəlb edilib.
 
“Azadlıq” hərəkatının nümayəndəsi, Vəkillər Palatasının keçmiş rəhbəri Ara Zöhrabyanın bildirib ki, onlar xarici işlər naziri Ararat Mirzoyan və ya onun müavini ilə görüş tələb edirlər. 
"Biz suallarımıza rəsmi cavab verilməsini istəyirik. Xarici işlər naziri və ya onun müavini ilə görüş tələb edirik", - Zöhrabyan deyib.
 
Onun sözlərinə görə, bugünkü aksiyaya səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın parlament tribunasından verdiyi son açıqlamalarıdır. Zöhrabyan vurğulayıb ki, indiki hakimiyyət, o cümlədən Ermənistan prezidenti Armen Sarkisyan ölkənin maraqlarını müdafiə etməyə hazır deyil.
 
Etiraz aksiyasının 13 iştirakçısı saxlanılaraq polis bölməsinə aparılıb.
 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.