Ermənistan-Azərbaycan sərhəddində vəziyyət gərgin olaraq qalmaqda davam edir.Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ermənistan Müdafiə Nazirliyi sərhəddə baş verən sonuncu atışmada bir nəfərin öldüyünü, 8 nəfərin yaralandığını bəyan edib.
Yaralılardan 6-nın vəziyyətinin ağır olduğu bildirilir.
**15:54
Ermənistan-Azərbaycan sərhəddində vəziyyət gərgin olaraq qalır.
Senzor.az-ın bir müddət əvvəl Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirdiyi kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb.
Qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib.
Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb.
Ermənistan Müdafiə Nazirliyinin bir az öncə yaydığı məlumata görə isə, Azərbaycanla sərhəddə baş verən atışma nəticəsində 1 erməni əsgər ölüb və bir neçəsi yaralanıb. Ermənistan mətbuatı 4 hərbçinin yaralandığını, onlardan ikisinin vəziyyətinin ağır olduğunu bildirir.
Xatırladaq ki, dekabrın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində düşmən qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.
**14:16
Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib.
Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.