Ankarada Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
YENİLƏNİB, FOTO

İyunun 10-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

 

Senzor.az bildirir ki, dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini məmnunluqla vurğulayıbar.

 

Görüşdə ölkələrimiz arasında enerji, nəqliyyat, iqtisadiyyat, ticarət əlaqələrinin genişləndirilməsi, müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsi xüsusilə qeyd edilib, Orta Dəhlizin inkişafı ilə əlaqədar iki ölkənin birgə həyata keçirdiyi fəaliyyətin önəmi vurğulanıb.

 

Həmçinin Türk Dövlətləri Təşkilatının və qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyəti bir daha qeyd olunub.

 

Prezident Rəcəb Tayyib Ərdoğan Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirib və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb.

 

Dövlətimizin başçısı Türkiyə Prezidentini COP29-a bir daha dəvət edib.

 

Prezident Rəcəb Tayyib Ərdoğan dəvəti məmnunluqla qəbul edib.

 

Görüşdə regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

**17:51


Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü başa çatıb.


**16:21

İyunun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Esenboğa Hava Limanında görüşüblər.

 


Senzor.az bildirir ki, sonra Ankarada prezidentlərin təkbətək görüşü başlayıb.

**14:39


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gedib.

 

Senzor.az bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Ankaranın Esenboğa Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

  

Prezident İlham Əliyevi Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və digər rəsmi şəxslər qarşılayıblar. 


**01:04


İLHAM ƏLİYEV ƏRDOĞANIN DƏVƏTİLƏ ANKARAYA GEDİR – Türkiyə-Azərbaycan münasibətləri müzakirə ediləcək


Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyunun 10-da Türkiyəyə səfər etməsi ehtimalı var.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yyıb.

 

Məlumata görə, Ankarada keçirilməsi gözlənilən danışıqlarda Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlər bütün aspektləri ilə nəzərdən keçirilə, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə oluna bilər.

 

Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, aktual regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılacağı da ehtimal edilir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.