
Macarıstanın Baş naziri Peter Madyar Sekşard şəhərində keçirilən üzüm festivalı zamanı yaşlı kişinin onun üstünə şərab tökməsi ilə bağlı insidentlə üzləşib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hadisə sentyabrın 19-da baş verib.
Sosial şəbəkələrdə yayılan videoda yaşlı kişinin Madyarın yanına yaxınlaşaraq əlindəki stəkandakı şərabı onun üstünə tökdüyü görünür. Şərab Baş nazirin üzünə və köynəyinə tökülüb. Hadisədən sonra mühafizəçilər həmin şəxsi ərazidən uzaqlaşdırıblar.
Madyar hadisəyə istehza ilə münasibət bildirib. Onun sözlərinə görə, həmin şəxsi hökumət başçısına ətrafdakı insanların göstərdiyi diqqət qıcıqlandırmış ola bilər(Bax: https://www.youtube.com/shorts/N_1Lmm34JZM).