Ermənilər Kərkini boşaldacaq - PAŞİNYAN QƏRAR VERDİ

Ermənistan hökuməti, Azərbaycanın Sədərək rayonunun müvəqqəti onun nəzarəti altında olan Kərki kəndində qanunsuz yaşayan ermənilərin təxliyəsini müzakirə edir.

 

Yerli KİV xəbər verir ki, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan Baş nazir Nikol Paşinyana Kərkidə yaşayan erməni əhalinin başqa əraziyə köçürülməsi ilə bağlı üç variant təqdim edib.

 

Variantlardan ikisi faktiki olaraq mövcud yaşayış məntəqələrinin adının dəyişdirilərək Kərkidən köçürüləcək sakinlərin həmin ərazilərdə yerləşdirilməsini nəzərdə tutur. Bundan başqa, köçürüləcək sakinlər üçün qısa müddətdə onlarla evin tikilə biləcəyi ərazi də müəyyənləşdirilib.

 

Üçüncü variant isə Kərki sakinlərinə kompensasiya ödənilməsi və onların başqa əraziyə köçürülməsidir.

 

Modern.az xatırladır ki, Kərki Azərbaycanın Sədərək rayonunun ərazisində yerləşən, Ermənistanın nəzarətində olan Azərbaycan eksklavıdır. Ermənistan tərəfi kəndi Tiqranaşen adlandırıb. Nikol Paşinyan isə son açıqlamalarında kəndə Azərbaycan adı ilə “Kərki” deyə müraciət edir və onun Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29 743 kvadratkilometrlik ərazisinə daxil olmadığını bildirir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.