Bakı və İrəvanın sülh müqaviləsindən çıxardıqları maddə... - ZƏNGƏZUR DƏHLİZİ BEYNƏLXALQ ŞİRKƏTİN NƏZARƏTİNƏ VERİLİR?
FOTO

İrəvan regional kommunikasiyalara dair maddənin qarşılıqlı razılaşma əsasında sülh müqaviləsi layihəsindən çıxarıldığı ilə bağlı rəsmi Bakının bəyanatını təsdiqləyib.

 

Senzor.az bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan açıqlama verib.

 

Bununla belə, o, marşrutların açılmasının Ermənistanın regionda sülh və iqtisadi inkişafa dair baxışı və gündəliyinin mühüm hissəsi olmaqda davam etdiyini bildirib.

 

Qeyd edək ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirmişdi ki, tərəflər Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən marşrut da daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsi layihəsindən çıxarılması barədə razılığa gəliblər.

 

Bu məsələnin sonrakı mərhələdə həll olunması barədə razılıq əldə olunub. 

Daha bir maraqlı məqam. Erməni politoloq Sergey Melkonyan İrəvanda keçirilən konfransda bildirib ki, Ermənistan və Azərbaycan iyulun əvvəlində Vaşinqtonda Xarici İşlər nazirləri rəhbərlərinni son görüşündə gələcək kommunikasiyalara nəzarətin beynəlxalq özəl təhlükəsizlik şirkətinə verilməsi imkanlarını müzakirə ediblər. 

 

Onun sözlərinə görə, beynəlxalq özəl şirkət həm Ermənistan ərazisində, həm də Naxçıvan və Azərbaycan ərazisində kommunikasiyalara nəzarət etməlidir. Bununla sərhəd və gömrük nəzarəti də nəzərdə tutulur.

 

Melkonyan hesab edir ki, Tehran hadisələrin bu cür inkişafını regiondakı maraqlarına təhlükə kimi görür.

 

“Turan” agentliyi xatırladır ki, Tehranda Ermənistanın baş naziri Nikol Paşinyanın İranın dini lideri Əli Xamenei ilə görüşündə sonuncu açıq şəkildə bildirib ki, Zəngəzur dəhlizi Ermənistanın marağında deyil. İran liderinin belə açıq bəyanatı o deməkdir ki, Ermənistan kommunikasiyaların beynəlxalq şirkətin nəzarətinə verilməsi ideyasını qəbul etməyə yaxındır və bu da Tehranı qətiyyən qane etmir: “Zəngəzur dəhlizinə beynəlxalq nəzarət ideyasının məhz Vaşinqtonda müzakirə olunduğunu nəzərə alsaq, güman etmək olar ki, Qərb Zəngəzur dəhlizinin idarə olunmasına Beynəlxalq Gömrük Təşkilatının cəlb edilməsilə bağlı Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin 2023-cü il may tarixli ideyasını hazırlayıb tərəflərə təklif edib.

 

Görünür, bu məsələ Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Sergey Şoyqunun bu həftə Bakı və Tehranda müzakirə etdiyi məsələlərdən biri olub. İlham Əliyevlə görüşdən sonra Şoyqunun "Qərbi Cənubi Qafqaza buraxmaq olmaz" deməsi bunu dolayısı ilə təsdiq edir”.

 

Agentlik onu da vurğulayır ki, bu arada, heç kim bu beynəlxalq şirkətin formatı, tərkibi və səlahiyyətləri barədə məlumatları açıqlamayıb: “İstənilən halda, bu 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli saziş üzrə bu yola nəzarət etməli olan Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qüvvələrinə alternativ olacaq”.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.