İrəvanın Bakıdan üç absurd istəyi – BAYRAMOVUN AÇIQLAMASINDAKI ŞİFRƏLƏR
ŞƏRH - PROQNOZ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “İzvestiya” qəzetinə müsahibəsində bildirib ki, rəsmi Bakı Ermənistanla münasibətlərin normallaşdırılmasını hədəfləyib, lakin İrəvanın uzun onilliklər ərzində irəli sürdüyü bütün əsassız tələblər aradan qaldırılmalıdır.

 

Bayramovun qeyd etdiyi “sülh üçün Ermənistanın irəli sürdüyü bütün əsassız tələblər aradan qaldırılmalıdır” ifadəsi diqqət çəkir. İrəvan Bakıdan nələri istəyir?

 

Əslində, bu istiqamətdə bir neçə mülahizə irəli sürmək olar:

 

Birincisi, Ermənistanın Başkəndə iddiasıdır. Rəsmi İrəvan anklav kəndlərlə bağlı müzakirələrdə Başkəndi gündəmə gətirməklə prosesdən yayınır.

 

İkincisi, Ermənistanın Azərbaycan Ordusu tərəfindən ələ keçirildiyini iddia etdiyi yüksəkliklər məsələsidir. Ermənistan tərəfi deyir ki, guya Azərbaycan Ermənistan ərazisində bəzi yüksəklikləri ələ keçirib. Bakı bu məsələ ilə bağlı təkzib verib, amma İrəvan razılaşmır.

 

Üçüncüsü, Zəngəzur dəhlizi və ya “maneəsiz hərəkət prinsipi” məsələsi. Hazırda Ermənistanla Azərbaycan arasında müzakirə predmeti olan məsələlərdən biri də məhz budur. Ermənistan məsələnin yol prinsipi ilə həllini dəstəkləyir. Bundan başqa, rəsmi İrəvan həmin yola Ermənistanın nəzarət etməsini istəyir.

 

Azərbaycan tərəfi isə məsələnin 10 Noyabr bəyanatının müvafiq bəndinə uyğun olaraq maneəsiz hərəkət prinsipi ilə həllindən yanadır.

 

Təbii ki, bu üç versiya subyektiv yanaşmadır. Yəni tamam fərqli tələblər də ola bilər. Amma ehtimal ki, Bakını narahat edən məqam təkcə Ermənistanın tələbləri deyil, həm də fundamental sənədlərindəki məqamlardır.

 

“Heç kimə sirr deyil ki, Ermənistanın bütün fundamental sənədlərində hələ də Azərbaycana qarşı ərazi iddiaları var, bu yolverilməzdir və bu, sülh müqaviləsinin bağlanması prosesinin başa çatdırılmasına əsas maneədir”, – C.Bayramov deyib.

 

“Fundamental sənədlər” dedikdə isə Ermənistan konstitusiyası və Müstəqillik Bəyannaməsi nəzərdə tutulur. Hər iki sənəddə Azərbaycan və qonşu ölkələrə ərazi iddiaları əksini tapıb. Bu mənada ilk növbədə həmin məsələ həllini tapmalıdır.

 

Turan Rzayev, 

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.