Real Təhlil-İnformasiya Mərkəzinin rəhbəri Mir Şahin Ağayev dünən axşam tamaşaçılarına müəllifi və aparıcısı olduğu “Mir Şahinin vaxtı” proqramının növbəti buraxılışını təqdim edib.
Senzor.az əlavə şərh vermədən oxucularını tanınmış jurnalistin populyar proqramının yanaşma tərzinə, olduqca açıq və sərt mövqeyinə görə başqaları ilə müqayisədə fövqəladə sayıla biləcək bu buraxılışına baxmağa dəvət edir. Mütləq baxın və çalışın ki, Müəllifin dəfələrlə xüsusi vurğuladığı kimi, Müstəqil Dövlətin müstəqil vətəndaşları kimi düşünəsiniz...