Parlamentə yol çəkməyə getmirsiniz… - SİZ QANUN QƏBUL ETMƏLİSİNİZ!
MİR ŞAHİN SEÇİCİLƏRƏ PAFOSLU VƏDLƏR VERƏN NAMİZƏDLƏRİ TƏNQİD ETDİ

REAL TV-nin rəhbəri Mir Şahin Ağayev təşviqat kampaniyası zamanı seçicilərə pafoslu, millət vəkilinin səlahiyyətinə qətiyyən aidiyyəti olmayan vədlər verən deputatlığa namizədləri sərt tənqid edib. Bildirib ki, millət vəkilliyinə namizədlərin kifayət qədər böyük bir qrupu, deyəsən, hansı post üçün mübarizə apardığını başa düşmür…

Senzor.az məsələnin aktuallığını nəzərə alaraq, tanınmış jurnalistin həmin qeydlərini oxucularına təqdim edir.

**

İzləyirəm.

Millət vəkilliyinə namizədlərin kifayət qədər geniş bir kütləsi deyəsən, hansı post üçün mübarizə apardığını başa düşmür. Onların seçicilərə verdiyi vədlər, üzərlərinə götürdüyü öhdəliklər deputatın səlahiyyətinə qətiyyən aid deyil. 


Qarşıda bir neçə gün hələ ki var. Ona görə də daha vaxt itirmək olmaz. Mövzunu dəyişmək, deputatın funksiyalarına uyğun çıxış etmək lazımdır. İpucu təklif edirəm: məsələn seçicilərinizə bunları çatdıra bilərsiniz:

 

-Milli Məclis üzvü seçiləcəyiniz halda hansı qanunların qəbul edilməsinə nail olacaqsınız? 

 

-Hansı köhnəlmiş qanunları dəyişəcəksiniz? 

 

-Dövlətin güclənməsinə parlament fəaliyyətinizlə necə töhfə verəcəksiniz? 

… və sair…

 

Ay əzizlərim, axı bu nə prezident, nə də bələdiyyə seçkiləridir. Axı Siz parlamentə yol çəkməyə getmirsiniz. Kitabxana açmağa getmirsiniz. Qiymətləri aşağı salmağa getmirsiniz. Siz Qanun qəbul etməlisiniz: Qa-nun! Seçici ilə görüşlər də elə sizin ictimai rəyi öyrənməyiniz üçündür ki, bir növ diaqnostika aparasınız, cəmiyyətə hansı qanunların lazım olduğunu onların özündən öyrənəsiniz. Sonra Milli Məclisdə məhz o qanunların qəbul edilməsinə çalışasınız. 


Bağışlayın məni, amma axı yalan danışırsız.. Olmaz axı belə. 1 sentyabra cəmi dörd (sükut gününü də çıxsaq üç gün!) qalır. Vəzifənizi, səlahiyyətinizi başa düşüb söz verin.

 

Mir Şahin AĞAYEV,

REAL TV-nin direktoru  






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.