Türkiyənin milli müdafiə naziri Qarabağ şəhidlərinin ailə üzvləri ilə görüşdü
FOTO

Azərbaycan Ordusunun 44 gündə əldə etdiyi böyük zəfər tarixə qızıl hərflərlə yazıldı, Azərbaycan türklərinin illər ərzində məruz qaldığı haqsızlığa göz yumanlara, həll yolu tapmaq istəməyənlərə ən gözəl cavab oldu.

 

Senzor.az bildirir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler “Yaşat” Fondu və “Sahibkarlar və Türkiyə və Azərbaycan Sənayeçiləri” (TÜİB)” İctimai Birliyinin birgə həyata keçirdiyi “Qardaş ailə” proqramı çərçivəsində Ankaraya gəlmiş Qarabağ müharibəsi şəhidlərinin bir qrupunun qohum və yaxınlarını qəbul edərkən deyib.

 

O qeyd edib ki, qəhrəman Azərbaycan şəhidləri tarixi dastan yazıblar.

 

"Bu gün Qarabağda Azərbaycan bayrağı şərəflə dalğalanırsa, bu, şanlı Azərbaycan Ordusunun hər bir mənsubunun, xüsusilə də əziz şəhidlərimizin, qəhrəman qazilərimizin göstərdiyi şücaət sayəsindədir", - nazir vurğulayıb.

 

Y.Gülərin sözlərinə görə, Azərbaycan həm “Tək Vətən hərəkatı”, həm də antiterror əməliyyatı ilə nümayiş etdirdiyi döyüş qabiliyyəti ilə Qafqaz bölgəsindəki sabitlik və təhlükəsizlik üçün əhəmiyyətli güc olduğunu sübut etdi: “Odur ki, övladlarımızla nə qədər qürur duysaq, azdır”.

 

Nazir bildirib ki, Türkiyə və Azərbaycan tarixi, mədəni və qardaşlıq bağları ilə bir-birinə bağlı olan iki dövlət, tək milətdir: “Tarix boyu sevinc və kədəri birlikdə yaşayan bu iki qardaş çətin zamanlarda bir-birinin yanında olub. Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq hər ötən gün inkişaf edir. Azərbaycanın gücü bizim, bizim gücümüz Azərbaycanın gücüdür. Bundan sonra da belə olacaq”.


Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mətin Gürak da iştirak edib.

Yeri gəlmişkən, sentyabrın 2-dək davam edəcək səfər çərçivəsində 4-cü Ordu komandanlığının qərargahında, Prezident Administrasiyasında, eləcə də Türkiyənin Gənclər və İdman Nazirliyində də şəhid ailələri ilə görüşlər planlaşdırılıb.

 

Səfər proqramına Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məqbərəsi və ev-muzeyinə ziyarətlər daxildir. Bundan əlavə, şəhid ailələri Türkiyə paytaxtının Cebeci bölgəsində şəhid olan türk əsgərlərinin məzarlığını ziyarət edəcəklər. Hacı Bayram Vəli məscidində Azərbaycan və Türkiyə qəhrəmanlarının xatirəsinə dualar oxunacaq.

 

Türkiyədə qazi və şəhid ailələrinin ictimai birliklərinin nümayəndələri ilə də danışıqların aparılması planlaşdırılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.