Polad Bülbüloğlu hiddətləndi və... DÖVLƏT DUMASININ SƏDRİNƏ MÜRACİƏT ETDİ
FOTO

Revanşist Ermənistanın Moskvadakı əsas lobbiçilərindən biri, Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və Həmvətənlərlə əlaqələr komitəsinin sədri Konstantin Zatulin bir neçə gün bundan öncə “Parlayan ulduz” Telegram kanalında erməni separatçılarının özləri tərəfindən ləğv edilmiş “DQR”in qondarma “Müstəqillik günü” münasibətilə təbrik videomüraciəti yaymışdı.

 

Senzor.az haqqin.az-a istinadən bildirir ki, K.Zatulin təxribat xarakterli müraciətində “Rusiyadakı qayğıkeş insanlar” adından çıxış edərək separatçı rejimin keçmiş rəhbərlərinə və əlləri günahsız azərbaycanlıların qanına bulaşmış digər terrorçulara dəstək ifadə etmişdi. 

Zatulin "DQR"i unuda bilmir

K.Zatulinin bu təxribatçı hərəkəti Milli Məclisin Şuşadan yeni seçilmiş deputatı, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun hiddətinə səbəb olub.

 

Deputat Azərbaycanla Rusiya arasında müttəfiqlik münasibətlərinə xələl gətirən rusiyalı deputat barəsində təcili tədbir görülməsi tələbi ilə Dövlət Dumasının sədri Vladimir Volodinə etirazla müraciət edib.

 

Azərbaycanlı deputat Volodinin diqqətini Rusiya Prezidenti Vladimir Putinin Bakıya bu yaxınlarda etdiyi səfərə və onun Azərbaycanla münasibətlərin yüksək səviyyədə qurulmasına sadiqliyini təsdiq edən bəyanatlarına yönəldib.

 

P. Bülbüloğlu Dövlət Dumasının rəhbərinə  həm də hakim "Vahid Rusiya" fraksiyasının nümayəndəsi olan Zatulinin partiya mənsubiyyətini xatırladıb.

 

Yeri gəlmişkən, onu da qeyd edək ki, Ermənistan hökumətinin qərarı ilə K. Zatulin Ermənistanda persona non qrata elan edilib və onun İrəvana girişi bağlanıb. Amma son hərəkəti göstərir ki,  ki, bu da “qürurlu” siyasətçinin Rusiya cəmiyyətində ekspansionist baxışları və narrativləri təbliğ etməsinə, Rusiya Federasiyasında yaşayan erməni millətindən olan havadarlarının siyasi sifarişlərini yerinə yetirməsinə mane olmur...

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.