Azərbaycan Rusiya ilə Ukrayna arasında danışıqlarda vasitəçi olacaq?
TÜRKİYƏLİ ANALİTİKİN DƏYƏRLƏNDİRMƏSİ

Türkiyə Ukraynada münaqişənin sülh yolu ilə həlli üzrə danışıqların aparılmasında vasitəçiliyi Azərbaycana verə bilər və Kiyev Bakı variantına qarşı çıxmayacaq.

 

Bunu “RİA Novosti”yə türkiyəli analitik Engin Özər deyib.

 

“Ola bilər ki, Türkiyə İstanbul danışıqlarının razılaşdırılmış bütün məqamlarını Azərbaycan tərəfinə ötürsün və danışıqların diplomatik dəstəklə Bakıda aparılmasını təmin etsin. Moskva və Kiyev Bakı variantına qarşı olmayacaqlar”, - o bildirib. 

Onun sözlərinə görə, Moskvanın təsdiqlədiyi vasitəçi ölkə müharibə başa çatdıqdan sonra beynəlxalq aləmdə çox güclü mövqeyə malik olacaq: “Ona görə də Moskva bu “hədiyyəni” NATO üzvü olan ölkəyə vermək istəməyəcək. Çox güman ki, Rusiya administrasiyası bu cür nüfuz qazanmaq üçün Qoşulmama Hərəkatının üzvü olan ölkəyə üstünlük verəcək”.

 

Haqqin.az xatırladır ki, bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev İtaliyada keçirilən Cernobbio Beynəlxalq Forumunda moderatorun suallarını cavablandırarkən bildirmişdi ki, Bakı lazım gələrsə, Moskva ilə Kiyev arasında münaqişənin həllində iştirak etməyə hazırdır.

 

Rusiya prezidenti Vladimir Putin isə sentyabrın 5-də Şərq İqtisadi Forumunda çıxışı zamanı deyib ki, Ukraynanın danışıqlar aparmaq istəyi varsa, Rusiya bundan imtina etməyəcək, lakin onlar İstanbulda qeydə alınan razılaşmalar əsasında həyata keçiriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.