ABŞ-ın Azərbaycandakı səfirliyi ilə əlaqə saxlayan tanınmış jurnalist, rusdilli populyar Haqqin.az portalının rəhbəri Eynulla Fətullayev qarşıdan gələn prezident seçkilərini işıqlandırmaq üçün Vaşinqton və Nyu-Yorka səfər etmək arzusunda olduğunu bildirib.
Senzor.az bildirir ki, bu barədə rəhbərlik etdiyi portalda E.Fətullayev özü məlumat verib. Lakin ABŞ səfirliyi jurnalistin ölkəyə getməsinə icazə verməyib.
"Səfirlik qəfildən 2007-ci ildə həbs olunduğumu xatırladı və məhkəmə hökmlərini tələb etdi. Bu, çox gözlənilməz oldu, çünki həbsdə olduğum müddətdə ABŞ və Qərb hökumətləri məni siyasi məhbus kimi tanıyırdılar. Onların qısa yaddaşı mənim üçün tamamilə sürpriz oldu. Mən onlara öz məhkəmə hökmlərimi, eləcə də Avropa Məhkəməsi və Azərbaycan Ali Məhkəməsinin bəraət hökmlərini təqdim etdim. Axı mən Azərbaycanda və Strasburqda tam bəraət almışam, bütün ittihamlar üzərimdən götürülüb.
Ancaq səfirliyə son səfərim zamanı mənə hörmətsizlik göstərdilər və hətta təhqir etdilər, ABŞ səfirliyinin ərazisinə buraxmaqdan imtina etdilər, məhkəmə hökmlərini götürdülər, nədənsə pasportumu unutdular. Gülməlidir, çünki möhür 20 illik məhkəmə hökmünə yox, pasporta vurulur!"- jurnalist dilxor halda etiraf edib.
"Mən amerikalıların mesajını başa düşdüm, Ukraynanı deyil, Vladimir Putini dəstəkləmək lazımdır. Nəzərə aldım! Vladimir Vladimiroviçi dəstəkləyəcəyəm. Mən Rusiyadan üzr istəyirəm," – deyə jurnalist sonda bəyan edib.
Senzor.az