“Bild”: Kiyev münaqişənin müvəqqəti dondurulmasına hazırdır
PLAN BAYDENƏ VƏ MOSKVAYA ÇATDIRILACAQ

Ukrayna müəyyən ərazilərdə lokal atəşkəsə və münaqişənin müvəqqəti dondurulmasına razılıq verməyə hazırdır.

 

Bu barədə Almaniyanın “Bild” qəzeti mənbələrinə istinadən yazıb.

 

Qeyd olunub ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a gözlənilən səfəri zamanı təqdim etməyi planlaşdırdığı plana lokal xarakterli atəşkəs və münaqişənin müvəqqəti dondurulması daxildir.

 

Nəşrin məlumatına görə, Ukrayna dövlət başçısı yaxın bir neçə həftə ərzində ABŞ-a səfər edəcək və ölkə Prezidenti Cozef Baydenlə görüşəcək.

 

Bu arada Ukrayna Prezidenti Aparatı rəhbərinin müavini İqor Jovkva isə deyib ki, “Ukrayna münaqişənin sülh yolu ilə həlli planını Moskvaya Rusiya ilə müvafiq dialoq aparan ölkələr vasitəsilə verəcək”.

 

Onun sözlərinə görə, Moskva ultimatum dilində danışmağı dayandırarsa və belə planın elementlərini müzakirə etməyə hazır olarsa, Ukrayna tərəfi ikinci sammitdə Rusiya nümayəndələri ilə görüşməyə hazırdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.