Kreml-İrəvan qarşıdurması imitasiyadır: RUSİYA DA ERMƏNİSTANI SİLAHLANDIRIR
REAL TV-dən İLGİNC ŞƏRH

Görünür, son vaxtlar Ermənistanla Rusiya arasında buzlar əriyib. Ermənistan-Rusiya hökumətlərarası komissiyasının son iclasında Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirdi ki, 2024-cü ilin sonuna qədər iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 14 milyard dollardan 16 milyard dollara çata bilər. 2023-cü ildə isə ixracın həcmi əvvəlki iki illə müqayisədə 2,8 dəfə artıb. Artımın əsas hissəsi ilin son iki ayında baş verib və əsasən Rusiya qızılı və almazları ilə əməliyyatlar hesabına əldə edilib.

 

Göründüyü kimi, iqtisadi əlaqələrdə müşahidə olunan artım hesabına Ermənistan zənginləşərək Qərbdən silah alışının həcmini xeyli artırıb. Deməli, Rusiya Ermənistana pul qazanmaq imkanı verib. Digər tərəfdən, Rusiyadan da Ermənistana yeni silahlar tədarük olunub. Özü də söhbət digər silah-sursatla yanaşı Smerç tipli raketlərdən gedir. “Mülki Müqavilə” partiyasının deputatı, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü Qaqik Melkonyan bildirib ki, Rusiya silahlarının yeni partiyası Ermənistana hərbi əməliyyatlar çərçivəsində gəlib. Yəni əvvəllər imzalanmış müqavilə əsasında. Halbuki Ermənistana Rusiya silahlarının tədarükü bu gün də davam edir. Əsas məqam ondan ibarətdir ki, Ermənistanı silahla təmin edən Rusiya 2022-ci ildən başlayaraq Azərbaycana bir patron da göndərməyib və bunu Ukrayna ilə müharibə şəraitində olması ilə izah edib. Yəni Azərbaycana mahiyyətcə gözləməyi təklif edib. Bu isə o deməkdir ki, Rusiya Ermənistanı silahlandırmaqla Qərblə eyni ssenari üzrə hərəkt edir. 

 

Ermənistanla Rusiya arasında ticarət dövrüyyəsinin artması və bu artımın ilin son iki ayında baş verməsi göstərir ki, tərəflər arasında gizli sövdələşmə uzun müddətdir davam edir, sadəcə Kreml indiyədək gözlərə kül üfürüb.

 

Rusiya ilə Qərbin mövqeyinin üst-üstə düşməsini sübut edən bir məsələ də var. 2023-cü ildə antiterror əməliyyatlarının başlamasına bir neçə gün qalmış Rusiya, ABŞ və Aİ nümayəndələri İstanbulda gizli görüş keçirmişdilər. Görüşün məqsədi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etməsinin qarşısını almaq üçün ona təzyiq tədbirləri hazırlamaq idi. Bu cür danışıqların aparılması təsdiq edir ki, Rusiya Ukrayna münaqişəsi şəraitində belə Qərblə Ermənistan məsələsində asanlıqla dil tapa bilir.

 

Vaşinqton, Paris və Moskva Minsk Qrupunda olanda İrəvanı necə dəstəkləyirdilərsə, indi də silahlanma məsələsində eyni addımı atırlar. Yəni bu trionun Ermənistanı silahlandırması açıq-aydın Azərbaycana qarşı yönəlib.

 

İndi sual olunur, Rusiyanın indiyədək göstərdiyi cəfəng şou kimə və nəyə lazım idi? Deməli, Zaxarova, Simonyan, Peskov və digərləri ikitərəfli münasibətlərdə gərginlik illüziyası yaradıblar?

 

Azərbaycanın Ermənistanla mühaibədə qazandığı qələbədən sonra İrəvan Moskvanı “xəyanətdə” ittiham etdi. Onu meydanda tək qoyduğunu dedi. Buna görə hər iki ölkənin siyasi ritorikasında və mediasında qarşılıqlı ittihamlar, qınaqlar başladı. Hətta tərəflər sərt bəyanatlar verməkdən də çəkinmədilər. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dondurması kimi amillər tərəflər arasındakı soyuqluğu daha qabarıq şəkildə göstərdi.

 

Rusiya ilə Ermənistan münasibətlərini necə tənzimləyirlər, bu onların öz işdir. Amma bir şərtlə ki, bu, Azərbaycanın və Cənubi Qafqazın maraqlarına, təhlükəsizliyinə toxunmasın.

 

Rusiya anlamalıdır ki, o, Qərblə əlbir olub Ermənistanı silahlandırmaqla, iqtisadi göstəricilərini gücləndirməklə sülh prosesini ləngidir və Cənubi Qafqazın təhlükəsizliyinə xələl gətirir. Ənənəvi müttəfiqlər yenidən regiondakı geosiyasi layihəni dəstəkləməkdə birləşərsə, rəsmi Bakı buna səssiz qalmayacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.