Təcili: Trampa qarşı növbəti sui-qəsd cəhdi olub!
YENİLƏNİB, FOTO/VİDEO

Rayan Uesli Rut Florida ştatında Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdində şübhəli bilinir.

 

Bu barədə "Fox News" telekanalı mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata görə, Rut avtomatının lüləsini Palm-Biçdə (Florida ştatı-red.) “Trump International Golf Club”un hasarından keçirib. Şübhəli şəxs Amerika administrasiyasının keçmiş rəhbərindən 270-450 m aralıda olub.

 **

Bu arada “Associated Press” bildirib ki, ABŞ-ın keçmiş rəhbəri, prezidentliyə namizəd Donald Tramp qolf klubunun yaxınlığında atışmadan sonra Floridadakı iqamətgahına qayıdıb.

 

Məlumata görə, Tramp təhlükəsiz şəkildə şəxsi iqamətgahına dönüb.

 

**

Bundan əvvəl ABŞ-ın vitse-prezidenti və prezidentliyə namizəd Kamala Harris Donald Trampın yerləşdiyi ərazidə atışma barədə ona məlumat verildiyini təsdiqləyib.

 **

ABŞ lideri Cozef Bayden isə ölkənin Məxfi Xidmətinə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın təhlükəsizliyini daha etibarlı təmin etmək üçün lazım olan hər şeyi etməyi tapşırıb.

 

"Dəfələrlə dediyim kimi, ölkəmizdə hər hansı bir zorakılıq kimi siyasi motivli zorakılığa yer yoxdur. Mən köməkçilərimə Məxfi Xidmətin bütün mənbələrə və vasitələrə sahib olmasını və keçmiş prezidentin təhlükəsizliyini təmin etmək üçün lazım olan təhlükəsizlik tədbirlərini görməsini təmin etməyi tapşırdım”, - deyə Baydenin Ağ Evin mətbuat xidməti tərəfindən yayılan bəyanatında vurğulanıb.

**

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ona qarşı sui-qəsd cəhdindən sonra ilk açıqlamasını verib.

 

“Yaxınlığımda atəş səsləri eşidildi... Bunu eşitməyinizi istərdim: Mən təhlükəsiz yerdəyəm və yaxşıyam! Məni heç nə dayandıra bilməz. MƏN HEÇ VAXT Təslim olmayacağam! Məni dəstəklədiyiniz üçün sizi hər zaman sevəcəm... Gəlin Amerikanı yenidən möhtəşəm edək”, - Tramp bildirib.

**00:31


Hakimiyyət Donald Trampın qolf klubunun yaxınlığında baş verən atışmanı siyasətçiyə qarşı sui-qəsd cəhdi kimi qiymətləndirir.

 

Senzor.az bildirir ki, məlumatı öz mənbələrə istinadən CNN yayıb.

 

**00:18

 

“The New York Post” öz xəbərini redaktə edərək, hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən bildirib ki, atəşi qolf meydançası yaxınlığında şübhəli silahlı görən Məxfi Xidmət agenti açıb.

 

Əvvəlcə nəşr iki nəfərin bir-birinə atəş açdığını, hadisə zamanı Trampın xəsarət almadığını yazmışdı.

 

Respublikaçı Donald Trampın olduğu yerin yaxınlığında baş verən insidentlə bağlı Amerika lideri Co Bayden və ABŞ-ın vitse-prezidenti, Demokratların ən yüksək dövlət postuna namizədi Kamala Harrisə məlumat verilib. 

 

Bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı açıqlamada deyilir.

 

“Prezidentə və vitse-prezidentə keçmiş prezident Trampın Tramp Beynəlxalq Qolf Klubunda qolf oynadığı vaxt baş vermiş hadisə barədə məlumat verilib. Onlar onun sağ-salamat və təhlükəsiz yerdə olduğunu biləndə rahat olublar.  Köməkçilər onları mütəmadi olaraq məlumatlandıracaqlar”, - deyə açıqlamada bildirilib.

 

**23:27 (15.09.2024)


ABŞ Məxfi Xidməti Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla bağlı insidenti araşdırır. 

 

Senzor.az bildirir ki, Xidmətin yaydığı açıqlamada belə deyilir.

 

“Birləşmiş Ştatların Məxfi Xidməti Palm Beach County Şerifinin Ofisi ilə birlikdə keçmiş prezident Donald Trampla bağlı saat 14:00-dan bir qədər əvvəl baş vermiş insidenti araşdırır. Keçmiş prezident təhlükəsiz yerdədir”, - deyə Xidmətin sözçüsü Entoni Quqlielmi X-də yazıb.

 

Qeyd edək ki, ABŞ Məxfi Xidməti dövlətin birinci şəxslərinin, o cümlədən prezidentliyə namizədlərin və keçmiş liderlərin qorunmasına cavabdehdir.


* * 23:08

 

“The New York Post” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazır ki, Donald Tramp qolf klubunda olarkən iki nəfər yaxınlıqda bir-birinə atəş açıb.

 

Siyasətçinin oğlu bildirib ki, qolf klubunun yaxınlığındakı atışma yerindən AK-47 avtomatı tapılıb və ehtimalla şübhəli bilinən şəxs saxlanılıb.

 

**22:56

ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi baş verib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə amerikalı senator Teylor Qrin məlumat yayıb.

 

Eyni zamanda qeyd olunub ki, Tramp sağ-salamatdır, hər hansı xəsarət almayıb.

 

"Reuters" də Respublikaçıların təşviqat qərargahının bəyanatına istinadən xəbər yayıb ki, Donald Tramp yaşadığı ərazidə baş verən atışmadan sonra sağ-salamatdır.

 

CNN isə Trampın seçkiqabağı qərargahının nümayəndəsi Stiven Çunqa istinadən bildirib ki, yaxınlıqda atəş açılarkən keçmiş prezident West Palm Beach-dəki Trump International Golf Club-da qolf oynayırmış. Klub dərhal bağlanıb.


Əlavə məlumat verilmir.


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.