Paşinyan Ermənistanı ora aparır: BAKININ “DARVAZA”SINDAN KEÇMƏLİDİR
ŞƏRH - PROQNOZ

Ermənistan Avropa İttifaqına (Aİ) üzv olmaq istəyir. Bu istiqamətdə artıq İrəvanda imzatoplanma kampaniyası başlayıb. Vətəndaşların prosesə marağı kifayət qədər çoxdur.

 

Prinsip etibarilə Ermənistanın Aİ-yə üzv olmaq istəməsi yeni məsələ deyil, lakin proses xeyli mürəkkəbdir.

 

Birincisi, Ermənistan Azərbaycanla faktiki müharibə vəziyyətindədir. Aktiv döyüşlər olmasa da, iki ölkə arasında sülh sazişinin imzalanmaması gərginlik risklərini daim aktual saxlayır. Müharibə vəziyyətində olan ölkənin Aİ-yə üzvlüyü mümkün deyil.

 

İkincisi, Ermənistanın daxili siyasəti də qeyri-sabitdir. Daha dəqiq desək, erməni cəmiyyəti Qərbpərəst və Rusiyapərəst olmaqla kəskin qütbləşib. Aİ-yə belə qütbləşmiş cəmiyyəti olan ölkə lazım deyil. Yəni bu meyar mühümdür.

 

Üçüncüsü, Ermənistan iqtisadi baxımdan həm zəif, həm də Rusiyadan asılıdır. Bu, Ermənistanın Aİ-yə üzvlüyü önündə ən önəmli problemdir.

 

Başda Almaniya olmaqla Aİ üzvləri İttifaqa zəif iqtisadiyyatlı ölkələri qəbul etmək istəmirlər. Yəni mövcud vəziyyətdə Ermənistan da qəbul edilməyəcək.

 

Bununla belə, Ermənistanın Aİ-yə üzv olması mümkünsüz də deyil. Qarşıdakı 15-20 il ərzində İrəvan İttifaqa qoşula bilər. Bu gün ABŞ, Aİ, Fransanın Ermənistana ayırdığı yardımların əsas məqsədi bu ölkəni Rusiya təsirindən çıxarmaqdırsa, uzaq perspektivdə Aİ-yə üzv etmək üçün iqtisadiyyatını gücləndirməkdir. Yəni yaxın 15-20 il ərzində Ermənistanda Rusiyameyilli qüvvələr hakimiyyətə gəlməzsə, yardımlar davam edərsə, bu baş verə bilər.

 

Turan Rzayev,

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.