“Vətən uğrunda Tavuş” hərəkatının lideri keşiş Baqrat Qalstanyan oktyabrın 2-dən baş nazir Nikol Paşinyanın istefası tələbi ilə bağlı aktiv mübarizənin bərpa olunacağını bəyan edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki. bu barədə B.Qalstanyan İrəvandakı çıxışında məlumat verib.
“Biz oktyabrın 2-də saat 18.30-da İrəvandakı Respublika meydanında toplanaraq, aktiv mübarizəyə başlayacağıq”, - Baqrat bildirib.
Onun sözlərinə görə, hərəkatın artıq səhv etmək hüququ yoxdur və addım-addım son məqsədə doğru getməlidir.