Paşinyanın xanımının Əminə Ərdoğanla bu görüşü gündəm oldu
VİDEO/FOTO

Ötən gün Nyu Yorkda ABŞ-ın birinci xanımı Cill Baydenin adından təşkil olunan qəbulda iştirak edən Anna Akopyanın (baş nazir Nikol Paşinyanın həyat yoldaşı) yaydığı görüntü erməni sosial şəbəkə istifadəçiləri və bəzi media qurumları tərəfindən birmənalı qarşılanmayıb.

 

Senzor.az erməni mediasına istinadən bildirir ki, xüsusilə onun Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşü və səmimi görüntüləri diqqət çəkib.

 

Kadrlarda onun Türkiyə liderinin xanımı ilə mehribancasına görüşüb əl sıxdığı, ayaqüstü səmimi söhbət etdiyi görünür. Sonda da xatirə üçün bir fotoşəkil...

 

Müxalif media isə bundan Paşinyana qarşı istifadə etməyə çalışır.

 

Yeri gəlmişkən, bundan əvvəl sosial şəbəkələrdə Paşinyanın üzündə təbəssüm Ərdoğandan onun “Daha ədalətli dünya mümkündür” kitabını hədiyyə aldığı anın fotosu yayılmışdı. 

Hazırkı hakimiyyətin əleyhdarları və ekspertlər həm buna, həm də Ermənistan və Türkiyə liderlərinin görüşünün BMT-nin mənzil-qərargahında deyil, Türk Evində - Baş Konsulluğun və Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyinin yerləşdiyi binada baş tutmasına diqqət çəkmişdilər...






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.