“Hizbullah” İsrailin 7200 saylı hərbi bazasını vurdu - ÖLƏNLƏR VƏ YARALANANLAR VAR
YENİLƏNİB, VİDEO

“Hizbullah” İsrailin şimalındakı 7200 saylı hərbi bazanın texniki xidmət mərkəzinə raket zərbələri endirdiyini bəyan edib. 

 

“Biz Qəzza zolağına dəstək, Livan və onun xalqını müdafiə etmək üçün Hayfanın cənubundakı 7200-cü Bazada yerləşən Reabilitasiya və Texniki Xidmət Mərkəzinə keyfiyyətli və dəqiq raket zərbəsi endirdik”, - deyə hərbiləşdirilmiş təşkilatın yeni  bəyanatında vurğulanıb. 

 

“Senzor.az xatırladır ki, bundan əvvəl “Hizbullah” Hayfanın cənubundakı Qolani hərbi briqadasının təlim düşərgəsinə pilotsuz təyyarələrlə hücum etdiyini bildirmişdi.

 

Onu da qeyd edək ki, İsrail Təcili Tibbi Yardım Xidmətinin son məlumatına görə, 61 nəfər xəsarət alıb. Onlardan dördü dünyasını dəyişib.

 

**23:44(13.10.2024)


“Hizbullah”ın kamikadze-dronları Hayfada İsrail Ordusunun bazasına zərbələr endirib.

 

Senzor.az bildirir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

 

Qeyd olunub ki, Hayfanın cənubunda “Qolani” diviziyasına məxsus hərbi bazaya PUA hücumu nəticəsində azı 5 hərbçi həlak olub, 69-u yaralanıb. 


Məlumata görə, Livandan 2 və ya 3 PUA buraxılıb, biri dəniz üzərində vurulsa da, digəri (və ya digər ikisi) İsrailin dərinliklərinə girə bilib, hədəfə çatan dron İsrail hava hücumundan müdafiə sistemindən yan keçib: “Radar sistemləri tərəfindən aşkar edilməyib, heç bir həyəcan siqnalı işə düşməyib  və heç bir müdaxilə cəhdi edilməyib”.

 

“The Jerusalem Post” nəşri bunu misli görünməmiş hücum adlandırıb.

 

Bu arada Hayfanın cənubundakı İsrail hərbi bazasına hücumla bağlı “Hizbullah” da açıqlama yayıb. Livan mediasının yaydığı həmin açıqlamada deyilir: “Qəzza zolağında inadkar müqavimətə dəstək və Livanın müdafiəsi, habelə paytaxt Beyrutun Nuveyri və Əl-Bəsta bölgələrinə və Livanın digər hissəsinə edilən hücumlara, törədilən qırğınlara cavab olaraq, (öldürülmüş “Hizbullah” lideri Həsən Nəsrullahın xatirəsinə) 13 oktyabr bazar günü axşam saatlarında İslami Müqavimət Qolani briqadasının Hayfanın cənubundakı Binyamində yerləşən təlim düşərgəsinə bir qrup hücum PUA-sı ilə əməliyyat keçirib”.


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.