“Gürcü xalqının qanındakı Qafqaz cigitliyi LGTB bayrağını qəbul edə bilməz və etmir…” – GÜRCÜSTANDAKI PARLAMENT SEÇKİLƏRİNƏ BAKIDAN DAHA BİR BAXIŞ
BU DƏFƏ MİR ŞAHİNİN TƏQDİMATINDA

“Açıq danışacam. Çünki bizim çox hörmətli tamaşaçı-vətəndaş azad, rahat, təhlükəsiz, sakit bir məkanda-Azərbaycanda yaşayır deyə - bu azadlığın, rahatlığın, təhlükəsizliyin, sakitliyin nəyin nəticəsi olduğu barədə hər gün düşünmür”.

 

Senzor.az bildirir ki, Real Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mir Şahin Ağayev müəllifi və aparıcısı olduğu populyar “Mir Şahinin vaxtı” proqramının oktyabrın 27-də efirə gedən buraxılışında çıxışına bu sözlərlə başlayır.

 

Sonra tamaşaçılara sadəcə dincəlmələri, necə deyərlər, gözlərinin istirahətindən ötrü bəzi kadrları təqdim edir: “Baxaq və qürurlanaq - Bura Azərbaycandır. Məhz bizim Azərbaycan”.

 

Dərhal da əlavə edir ki, biz bu gözəlliklərin - möhtəşəm kadrların arxa fonu, necə və nəyin bahasına başa gəlməsi haqqında düşünməliyik. Bugünkü Azərbaycanı, onun  yerləşdiyi məkanı təhdid edənlərin, nişan alanların məramı, məkri barədə fikirləşməliyik: “Buna görə isə ilk növbədə ölkədə və bölgədə əslində nəyin baş verdiyini anlamalıyıq. Cavab sadədir. Yerləşdiyimiz region, bütün Qafqaz, o cümlədən Azərbaycan yeni müstəmləkəçilərin işğal hədəfi, Qərbin açıq təhdidləri ilə üz-üzədir. Hansı ad, hansı qiyafə altında ört-basdır etsələr də niyyətləri, istəkləri birdir. Yaşadığımız məkanı ələ keçirmək, bizi qula-qaravaşa çevirmək. Qafqazı, o cümlədən Azəbaycanı işğal emək. Hə, müstəmləkəçi Qərb Qafqazı ələ keçirmək istəyir. O, artıq Ermənistan tərəfdən Azərbaycanla sərhədə çıxıb. Kollektiv Qərb məhz o tərəfdə öz mövqelərini möhkəmləndirməkdədir. Avropa İttifaqının “humanitar missiyası”, kiçik bir monitorinq qrupu kimi guya Müvəqqətilik Adına, əslində isə uzun müddətə daxil olduğu Qafqaz ərazilərində öz sıralarını genişləndirib, sərhədlərimizin dibində artıq NATO missiyası tək mövqe tutub. Bu binoklların gözlüyünün o tərəfində, baxış üfüqlərinin ən son nöqtəsində biz yoxuq-Azərbaycan yoxdur, Gürcüstan yoxdur, nə qədər anlamasa belə, o bədbəxt, başına daş düşmüş Ermənistan da yoxdur. Binoklun o başında Qərb müstəmləkəçilərinin öz maraqları var, öz görmək istədikləri var... Sadəcə ərazi və maddi sərvətlər şəklində. Potensial qənimət anbarları, qənimət sahələri şəklində...

 

Qərbin yeni səlibçiləri nədən ötrü gəlir Qafqaza? Doğrudanmı yaxşılığımızı, həqiqətənmi inkişafımızı arzulayırlar? Yox və min dəfə yox! Onlar buraları tapdaq altına almaq məqsədilə gəlirlər”.

 

Yeri gəlmişkən, tanınmış jurnalist verilişinin bu buraxılışında Gürcüstana, orada keçirilən parlament seçkilərinə xüsusi yer ayırıb. Həm oradakı, həm də bütövlükdə Cənubi Qafqazdakı siyasi proseslərin təhlilini aparıb, seçkilərdə baş verənləri tarixi hadisələrlə müqayisə edib. Gürcü xalqının “Gürcü arzusu”na səs verməklə doğru seçim etdiyini vurğulayıb. Qeyd edib ki, bu gün Gürcüstan üçün hazırlanan ssenaridə Qərbin gürcü xalqına heç bir xoşbəxtlik arzusu yoxdur: “Ssenaridə bu ölkədə seçkilərdən sonrakı qarşıdurmaların dərinləşməsi, vətəndaş qarşıdurmalarının vüsət alması, istəklərinə çatacağı təqdirdə zorakı yolla hakimiyyətə gətirilmiş Qərb nümayəndəsinin əli ilə, Rusiya-Ukrayna müharibəsində NATO qələbəsi naminə yeni cəbhənin açılması mövzuları var. Gürcüstanın Azərbycanla, Türkiyə ilə dost münasibətləri bu respublikadan keçən mühüm regional layihələrə zəmanət vermişdisə, çevriliş sonrası Gürcüstanda bütün əhəmiyyətli projelərin bloklanması nəzərdə tutulur. Gürcü xalqı, gürcü iqtidarı, kilsə bu gün təkcə Gürcüstan dövlətini yox, gürcü yaddaşını, gürcü qanını, gürcü əxlaqını, DNT-sini qoruyur. Gürcü xalqının qanındakı Qafqaz ciigitliyi LGBT bayrağını qəbul edə bilməz və etmir”.

 

Onu da qeyd edək ki, müəllif bu məqamda seçkilərin gedişinə öz müstəsna təsirini göstərən qədim Borçalı səsi barədə də danışıb. Mücərrəd romantik duyğulara yox, reallığı nəzərə alaraq sabitliyə və inkişafa səs verdiklərinə görə soydaşlarımıza - Gürcüstan azərbaycanlılarına təşəkkür edib...

 

Mütləq baxın...

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.