Tramp Putinlə telefonla artıq danışıb və ona... UKRAYNA ƏRAZİLƏRİNİ TƏKLİF EDİB
“WASHİNGTON POST”

Noyabrın 7-də Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-ın yeni seçilmiş lideri Donald Tramp arasında telefon danışığı olub. Onlar Ukraynadakı münaqişəni müzakirə ediblər.

 

Senzor.az bildirir ki, bu barədə məlumatlı mənbələrə istinadən “Washington Post” qəzeti yazıb.

 

Nəşr yazır ki, Tramp ABŞ vergi ödəyiciləri üçün Ukraynaya dəstək xərcləri ilə bağlı narahatlığını bildirib və dünyanın Ukraynadan ərazinin bir hissəsini, məsələn, Krımı güzəştə getməsini tələb edə biləcəyini ehtimal edib.

 

Nəşr onu da yazır ki, söhbət zamanı Tramp Rusiya Prezidentinə Ukraynada müharibəni “gərginləşdirməməyi” tövsiyə edib.

 

Tərəflər arasında Avropada sülhün əldə olunması da diqqət mərkəzində olub və Tramp Putinə Vaşinqtonun Avropada əhəmiyyətli hərbi mövcudluğunu xatırladıb. ABŞ-ın yeni seçilmiş Prezidenti Ukraynadakı müharibəyə tezliklə son qoyulmasını müzakirə etmək üçün gələcək təmaslarda maraqlı olduğunu bildirib.


Məlumatda o da qeyd olunub ki, Ukrayna hökumətinə Tramp-Putin telefon danışığı barədə məlumat verilib və Kiyev buna etiraz etməyib.

 

Qeyd edək ki, Putin ilk dəfə Trampı seçkilərdə qələbəsi münasibətilə məhz noyabrın 7-də təbrik edib və Trampın Ukrayna ilə bağlı təkliflərini nəzərdən keçirməyə hazır olduğunu bildirib.

 

Nəşr onu da vurğulayıb ki, hələlik bununla bağlı tərəflərin heç birindən rəsmi təsdiqlənmə yoxdur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.