Abxaziya “prezidenti” istefa verdi, amma... ƏRİZƏSİNİ GERİ DƏ GÖTÜRƏ BİLƏR
FOTO/VİDEO

Abxaziyada hökumət və müxalifət nümayəndələri “prezident” Aslan Bjaniyanın istefa verdiyini bildirən saziş imzalayıblar.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Bjaniyanın mətbuat xidmətindən məlumat verilib.

 

“Ölkədə sabitliyi və konstitusiya quruluşunu qorumaq üçün Abxaziya Respublikası “konstitusiyasının” 65-ci maddəsinə uyğun olaraq, Abxaziya “prezidenti” vəzifəsindən istefa verirəm”, - deyə məlumatda Bjaniyanın ərizəsindən sitat gətirilib. 

Yerli media yazır ki, Abxaziyanın müxalifət lideri Adqur Ardzinba bütün etirazçılara təşəkkür edib və onları evlərinə qayıtmağa çağırıb.

 

Məsələ ondadır ki, razılaşmaya əsasən, dövlət binalarının ərazisinə və kompleksinə toplaşan vətəndaşlar noyabrın 19-da dağılışmalıdırlar. Buna əməl edilmədiyi təqdirdə Bjaniya istefa ərizəsini geri götürəcək.

 

Qeyd edək ki, dünən yaydığı bəyanatda Aslan Bjaniya istefa verməyəcəyini açıqlamışdı.


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.