Türkiyədə daxili işlər nazirinin parlamentə girməsinə mane oldular - ARA QARIŞDI
ŞOK GÖRÜNTÜLƏR

Türkiyə Böyük Millət Məclisində (TBMM) dövlət rəsmiləri ilə müxalifət nümayəndələri arasında qarşıdurma olub.

 

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

Məlumata əsasən, CHP-li deputatlar ölkənin daxili işlər naziri Ali Yerlikaya və digər rəsmilərin qarşısını kəsərək, onların parlament komissiyasının iclasına daxil olmasına mane olmaq istəyiblər. Bu zaman tərəflər arasında qarşıdurma yaranıb və dövlət rəsmiləri zorla iclas zalına daxil olublar. Mübahisə DİN rəhbərinin salona daxil olmasından sonra da davam edib.

 

Hadisə ilə bağlı hakim AK Partiyanın sözçüsü Ömər Çelik də açıqlama verib: “TBMM-də bəzi CHP-li deputatların daxili işlər naziri Ali Yerlikayaya hücumu barbarlıqdır. Biz bu hücumu qınayırıq. Parlamentdə quldurluq qəbuledilməzdir”.

 

Qeyd edək ki, bir müddətdir Türkiyədə bəzi bələdiyyələrə hökumət tərəfindən qəyyumların təyin edilməsi müzakirə edilir. Müxalifət bu addıma sərt etiraz edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.