Dünya ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimini gözləyir. Bir neçə gündən sonra o, rəsmən vəzifəsinin icrasına başlayacaq.
Bu arada, Rusiya qoşunlarının Donbasda uğurlu əks-hücum əməliyyatı fonunda, nüfuzlu “Bloomberg” agentliyi öz mənbələrinə istinadən yazıb ki, Rusiya Prezidenti Vladimir Putinlə görüşə hazırlaşan Tramp Ukraynanın taleyi ilə maraqlanmır.
Üstəlik iddia olunur ki, Tramp Ukraynanın Rusiyaya qarşı apardığı müharibənin ABŞ üçün strateji əhəmiyyətini tam dərk etmir...
Tramp Ukraynanı Putinə təslim edərmi? Edərsə, bunun müqabilində nə istəyə bilər? Ukrayna ABŞ-ın dəstəyi olmadan, yalnız Avropa Birliyinin köməyinə arxalanaraq Rusiya ilə müharibədə tab gətirə bilərmi?
Azərbaycanın məşhur araşdırmaçı jurnalisti, rusdilli populyar Haqqin.az portalının rəhbəri Eynulla Fətullayevin dünya gündəminin bu və digər aktual məsələləri ilə bağlı suallarını birbaşa efirdə Amerika üzrə tanınmış mütəxəssis-politoloq Aleksandra Filippenko cavablandırıb.
Senzor.az həmin maraqlı müsahibəni öz oxucularına təqdim edir. Mütləq baxın...