
Rusiya və Ukrayna həlak olmuş hərbçilərin meyitlərinin növbəti mübadiləsini həyata keçiriblər.
Bu barədə BelTA məlumat yayıb.
Məlumata görə, mübadilə Rusiya-Belarus sərhədində yerləşən nəzarət-buraxılış məntəqəsində baş tutub.
Rusiya Ukraynaya 252, Ukrayna isə Rusiyaya 23 hərbçinin meyitini təhvil verib.