Müəllimlər məktəblərimizdə uşaqlara deyirlər ki, böyüyəndə Qarabağ, Van və Muşu “azad” edin - PAŞİNYAN

“Ermənistan məktəblərində “Real Ermənistan” ideologiyasına zidd fikirlər (qonşu ölkələrə qarşı ərazi iddiaları – red.) səsləndirilməməlidir”.

 

Ermənistan mediasının məlumatına görə, bunu “Hərtərəfli təhlükəsizlik və dayanıqlılıq - 2026” beynəlxalq konfransında çıxışı zamanı ölkənin Baş naziri Nikol Paşinyan deyib.

 

O bildirib ki, hökumət bunun qarşısını almaq üçün addımlar atmalıdır, çünki baş verənlər Ermənistan üçün təhlükə yaradır. Paşinyan vurğulayıb ki, hərtərəfli təhlükəsizliyin qurulması yolunda bu məsələlərin necə qavranılması son dərəcə vacibdir: “2024-cü ilin yazında parlamentdə “Real Ermənistan” ideyası haqqında danışanda mənə bir əhvalat söylədilər və bu məni heyrətləndirdi. Deputatlardan biri belə reaksiya vermişdi: “Yəni o demək istəyir ki, Muş və Van (Türkiyə bölgələri - red.) bizim deyil?”. Bu, bəlkə də qəribə reaksiya kimi görünə bilər, amma əslində bir çox sualların cavabıdır, çünki təhlükəsizliklə bağlı bir çox problemlər məhz bizim düşüncəmizdən - reallığı və mühiti necə qavramağımızdan başlayır. Vətəndaşlarla bu yaxınlarda keçirilən görüş zamanı onlardan biri söylədi ki, “Tarix” fənni dərsində müəllim onun uşağına deyib ki, böyüdükdə Muş və Vanı “azad” (işğal – red.) etməlidirlər”.

 

Ermənistan hökumətinin başçısının qiymətləndirməsinə görə, bunlar adətən konfranslarda müzakirə olunmayan məsələlərdir.

 

Nikol Paşinyan əlavə edib ki, sülh müqaviləsinin paraflanmasından sonra Ermənistanda tanınmış platformalarda “Artsax Respublikası”nı azad etmək (Azərbaycanın Qarabağ bölgəsinin işğalı nəzərdə tutulur - red.) üçün güclənməliyik” tezisi irəli sürülüb.

 

Baş nazir bunu Ermənistanın bütün Qarabağ prosesi ərzində qarşılaşdığı fundamental problem adlandırıb. Onun sözlərinə görə, danışıqlar masası arxasında və ictimai platformalarda paralel olaraq iki fərqli ritorika və yanaşma mövcud olub: “Bu vəziyyəti davam etdirmək, xüsusilə sosial şəbəkələrin meydana çıxmasından sonra məntiqsiz oldu. Çünki sosial şəbəkələr daxili və xarici diskurslar arasında mövcud olan sərhədləri aradan qaldırdı”.(“Teleqraf”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.