
“İran ABŞ və İsrailin qarşısında dayanıb, çünki onlar zorakılıq etmək istəyirlər, biz isə zorakılığın qarşısında baş əymək istəmirik”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Kim deyib ki, ABŞ bütün dünyanın adına qərar verməlidir və nə istəyirsə, qalanları buna tabe olmalıdır? Bu, bizim qəbul etməyəcəyimiz bir şeydir. Biz bunun bədəlini ödəyirik. Zülm, haqsızlıq və zorakılığın qarşısında baş əyməyəcəyik”, - deyə M.Pezeşkian vurğulayıb.