"O, iki min ildə heç kimin edə bilmədiyini etdi" - TRAMP ƏRDOĞAN HAQDA NETANYAHUNUN ÜZÜNƏ DAHA NƏLƏR DEDİ?

Amerika Prezidenti Donald Tramp əmindir ki, ABŞ İsrail və Türkiyə ilə birlikdə Suriya məsələsində razılığa gələ biləcək.

 

Senzor.az bildirir ki, Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdə jurnalistlərin suallarını cavablandıran Tramp deyib: "Və mən İsrailin Baş nazirinə bildirdim ki, əgər sizin Türkiyə ilə probleminiz varsa, mən bunu həll edə biləcəyimi düşünürəm. Bilirsiniz, mənim Türkiyə və onun lideri ilə çox, çox yaxşı münasibətlərim var".

 

"Düşünürəm ki, biz bunu həll edə bilərik. Ümid edirəm ki, bu problem olmayacaq. Mən bunun problem olacağını düşünmürəm", - Tramp əlavə edib.

 

Türkiyə Prezidenti ilə çox yaxşı münasibətdə olduğunu bir daha qeyd edən Tramp vurğulayıb: “Mən Ərdoğana hörmət edirəm, o da mənə hörmət edir... O, çox güclü və ağıllı adamdır”.  Tramp həmçinin deyib ki, “birlikdə çox şey etdik və heç vaxt problem yaşamadıq”.

 

"Mən Ərdoğana dedim: "Siz iki min ildə heç kimin etmədiyi bir işi gördünüz. Siz Suriyanı götürdünüz" deyə xatırladan ABŞ Prezidenti Bəşər Əsəd rejiminin devrilməsinə işarə edərək əlavə edib: "Ərdoğan çox güclü bir şəxsdir və heç kimin edə bilmədiyi bir şeyi etdi".

 

"İsraillilər Türkiyə ilə hər hansı problemi həll etmək üçün ağıllı davranmalıdırlar", - Amerika lideri bildirib.

 

İsrailin Baş naziri Binyamin Netanyahu da öz növbəsində ölkəsinin Suriyadakı vəziyyətlə bağlı "Türkiyə ilə münaqişə etmək istəmədiyini" bildirib: "Türkiyə ilə yaxşı qonşuluq münasibətlərimiz var idi. Türkiyənin ABŞ ilə yaxşı münasibətləri var. Suriyada münaqişənin olmasını istəmirik... Düşünürəm ki, ABŞ prezidentindən daha yaxşı vasitəçi yoxdur".

 

Senzor.az 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.