Sloveniyanın xarici işlər naziri Tanya Fayon aprelin 17-si Azərbaycana səfər edəcək.
Senzor.az bildirir ki, bu barədə Sloveniyanın STA agentliyi məlumat yayıb.
Bildirilib ki, Bakıda enerji sektorunda əməkdaşlıq müzakirə olunacaq.
Məlumatda o da qeyd olunub ki, T. Fayon Bakıya gəlməzdən öncə, aprelin 15-dən Ermənistanda ikigünlük səfərdə olacaq.