Nizamül-Mülkdən Nikol Makiavelliyə, Kanettidən Henri Kissincerədək az qala, bütün vəzirlər, dövlət rəsmiləri, öz dövrünün başına ayağının altıyla sığal çəkən dahilər "vətən" və "ölkə"ni bir-birindən ayrmaq iqtidarında idilər. Çünki ayırmaqdan qeyri çarələri də yox idi. Bu kəlmələr qovşağına dövlət qavramını da daxil etsək, yüksək məziyyətləri özündə birləşdirən şəxslə sadəcə ürəyi təmiz gənci müqayisə etmiş olarıq. Piramidanı üfüqiləşdiririk: DÖVLƏT>Ölkə>vətən!
Dövlətçiliyin mənəviyyat qolu vətən adlandığından əksəriyyət sanır ki, vətənsiz dövlət heç nədir. Fəqət yalandır bu! Ağ yalan!
Hətta əksinə, kütləni sadəcə Babəksayağı vətənə alışdırmaq dövlətçiliyə ən böyük zərbədir. Sənin tarixən qiyamlarla dolub-daşan ölkənin dinclik, sabitlik dövrü həmin inqilabi keçmişlərin hamısını kölgədə qoyursa, xiffətinin məğzi nədir, ey bəni Azərbaycan?!
Ölkə - Vətən və Dövlət arasındakı ərafdır, bərzəxdir, arakeçid məntəqəsidir.
Yalnız dövlətin aliliyini dərk etmiş biri VƏTƏNDAŞ ola bilər!
Çünki ən yaxşı vətəndaşlıq olmur, Qardaşım! Bacım!
SADƏCƏ Vətəndaşlıq olur!
Məsələn, dövlətsiz biri vətəninin heç quruca daşı da ola bilməz. Kimə ağız açsa, qəşş edib gülərlər. Dil töküb yalvarsa ki, sən o dövlətinin canı, mənə bir parça vətən ver, heç təzək-tüzəklərini də qoymazlar qabağına! Beləcə, təkcə bu ağır cavabdan sonra anlayar ki, vətən dövlətin mahiyyəti deyil. O, özü dövlət tərəfindən yaradılır. Dövlət tərəfindən qorunur. Dövlət tərəfindən dirçəldilir!
Bu məmləkətin halal suyunu, torpağını xaricilərin murdarlanmış təzəyinə satanlar, müxalif cəbhələrdə qaçdı-tutdu oynayan xainlər az deyil, vallah. Onlar həm də sizin içinizdədir. Onlar həm də bizim qonşuluğumuzdadır. Bəlkə, işıqforun qırmızı işığında qolundan yapışıb yolu keçirdiyimiz hansısa adamlardır o xəyanət toxumunu övladlarımızın zehniyyətinə səpənlər...
Ehtimallar üçün tələsməyin. Rahat olun. Aramızdadırlar! Və bizi onlardan qoruyan vətən eşqi deyil, DÖVLƏT QORXUSU, ASAYİŞ XOFU, CƏZA DƏRDİDİR!
Sən vətəni öz nəvələrin üçün nağıl edə bilərsən. Fəqət o böyüyüb VƏTƏNİN HƏQİQİ ADINI öyrənmək istəyəcək! Övladlarını düzgün tərbiyələndir, ey ahıl qoca! SONRA SƏNİN XİRTDƏYİNDƏN YAPIŞACAQLAR ÇÜNKİ! NƏVƏ-NƏTİCƏLƏRİNİ VAXTINDA NİYƏ DÖVLƏT EŞQİYLƏ BÖYÜTMƏDİN DEYƏ! ONLARA NİYƏ SƏDAQƏT ANDI İÇİRTMƏDİN DEYƏ...
SƏNDƏN ŞƏRABA GÖRƏ YOX, XƏYANƏTƏ GÖRƏ HESABAT TƏLƏB EDƏCƏKLƏR!!!!
AXI, SİYASƏTİN DƏ ÖZ LƏNƏTLİ ALMASI VAR, AY ADƏM..., AY ADAM!
Çoxları sevmir məni. Etiraf edirəm. Və bundan sonra sevməyənlərimin sayı daha da artacaq. Artmalıdır. Yəqin bilirəm. İlk addımı atdığım gündən bəri... Bilirəm, zirvələr çoxluq üçün deyil...
Mənim dövlətim vətənsevərliyimin ən ali nöqtəsidir. O ali nöqtə ki, həmvətənlərimin istinadgahıdır. Həmin istinadgah ki, Borxes demişkən, sonsuz nöqtələrdən inşa edilən zamanın fövqünə çıxır... Mənim müqəddəsim Azərbaycandır. Və Azərbaycan naminə xidmət etməyən kimsə MƏNİM DOĞMAM OLA BİLMƏZ. İNCİYİN, CƏNABLAR. SİZİN İNCİDİYİNİZİ GÖRMƏK RUHUMA ŞƏFA VERİR...
Beləliklə, bu gecə də hüzur içində yatıb, iliklərimin içinə qədər nüfuz etmiş düşmənlərimin yarısıyla çiyin-çiyinə, yarısıyla diş-dişə oyanacağam yuxudan... Yarısı dost deyəcək mənə, yarısı düşmən! Fərqindəyəm, Arayikdən də dəhşətli düşmənlərimiz var... Dost qılıqlı, doğma qılıflı...
Və savaşacağam! BU DÖVLƏT ÜÇÜN! AZƏRBAYCAN ÜÇÜN! BÜTÜN İLMƏLƏRİN, BÜTÜN TOPUQ DAŞLARININ, BÜTÜN DABANKEŞLƏRİN, BÜTÜN AFTAFALARIN,, BÜTÜN XAİNLƏRİN, BÜTÜN QORXAQLARIN, BÜTÜN MİLLİ RUHDAN MƏHRUM QALMIŞ BƏDBƏXTLƏRİN QARŞISINDA DURACAĞAM!
Necə ki, ATAM DURUR! DİK! ƏZMLƏ! ŞƏRƏFLƏ!
BİZ BUNU ÇOX YAXŞI BACARIRIQ!
QANIMDAN BİLİRƏM!
ƏMİNƏM!
!!!!!!!!!!