Şimali Kipr nümayəndəsi türk dövlətlərinə müraciət etdi

Türk dövlətləri transsərhəd, təbii fəlakət, qeyri-qanuni miqrasiya və hibrid təhdidlərə qarşı da birləşməlidir.

 

Senzor.az bildirir ki, bunu Şimali Kipr Məclisinin Hüquq, siyasi məsələlər, xarici əlaqələr və müdafiə komitəsinin sədri Yasemi Öztürk Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) üzv dövlətlərin parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin Bakıda keçirilən ikinci iclasında deyib.

 

O, türk dövlətlərinə müraciət edərək bildirib ki, bu gün Türk dünyasının bir hissəsi olan Şimali Kiprin haqlı mübarizəsi də təhlükəsizlik sahəsində ortaq fəaliyyət göstərilməsini daha zəruri edir: "Şimali Kiprin Türk dünyası arasında oynadığı rol mühüm elementdir və hər bir üzv ölkə üçün vacib amildir. Bu kontekstdə ölkələrimizin parlamentləri arasında qurulan dostluq qrupunun fəaliyyəti təqdirəlayiqdir".

 

Azərbaycan və Şimali Kipr arasındakı əlaqələrdən danışan parlamentari iki ölkənin dövlət rəhbərlərinin görüşlərini qeyd edib. O bildirib ki, qədim tarixi bağlar, ortaq dəyərlər ölkələrimizi bir-birinə daha çox bağlayır.

 

“Biz haqlı mübarizəmizi davam etdirəcəyik. İstəyirik ki, müstəqilliyimizi tanısınlar. Bu, yalnız Şimali Kiprin deyil, bütün Türk dünyasının mübarizəsidir”, - deyə Yasemi Öztürk vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.