Pekin “anti-Tramp koalisiyası” yaradır

Dövlət məmurlarını “müharibə relslərinə” keçirən Çin hakimiyyəti diplomatlara digər ölkələri ABŞ Prezidenti Donald Trampın tariflərinə qarşı çıxmağa inandırmaq tapşırığı verib.

 

Bir neçə mənbəyə istinad edən “Reuters” agentliyinin yazdığına görə, Çin son bir neçə ay ərzində ticarət müharibəsində gərginlikdən qaçmağa çalışıb. Diplomatlar Tramp administrasiyasının yüksək vəzifəli məmurları ilə ünsiyyət kanalı yaratmağa cəhd göstəriblər. Bəziləri isə ticarət sövdələşməsinə, TikTok-un satışının tamamlanmasına və hətta Tayvanla bağlı sazişin bağlanmasına ümid edirdi.

 

Lakin Ağ Evin elan etdiyi tariflər 145%-ə yüksəldikdən sonra, Pekin cavab tədbirləri görməyə qərar verdi.

 

“Xarici İşlər və Ticarət nazirliklərinin rəsmilərinə planlaşdırılan bayram günlərini ləğv etmək və mobil telefonlarını 24 saat açıq saxlamaq əmri verilib. Çin, Trampın tariflər tətbiq etdiyi digər ölkələrlə əlaqə saxlayır, o cümlədən əməkdaşlığa çağıran məktublar göndərir. Mənbələrdən ikisi bildirib ki, Pekin ABŞ-ın Avropa, Yaponiya və Cənubi Koreyadakı müttəfiqləri ilə də əlaqə saxlayıb”, - agentlik bildirir.

 

Mənbələrin sözlərinə görə, Çin hakimiyyəti hökumət rəsmilərinə Amerika respublikaçılarının siyasətini öyrənməyi və tədricən sərtləşdirilə bilən əks tədbirlər təklif etməyi tapşırıb. Nəticədə, Çin ABŞ mallarına tarifləri (125%), 60-a yaxın Amerika şirkətinə məhdudiyyətləri və nadir torpaq metallarının ixracını sərtləşdirməyi özündə əks etdirən cavab strategiyası hazırlayıb.

 

Bu qarşıdurma fonunda aprelin 14-də Vyetnama gələn Çin Sədri Si Cinpinin daha sonra Malayziya və Kambocaya səfər etməyi planlaşdırması sıradan hadisəyə bənzəmir. “Bloomberg” agentliyi, öz növbəsində, bunun Si Cinpinin 2025-ci ildə ilk xarici səfəri olduğunu və Pekinin regiondakı təsirini göstərmək məqsədi daşıdığını vurğulayıb.

 

“Mən bunu Sinpinin ticarət müharibəsində ABŞ-a müqavimət göstərmək üçün ittifaqlar yaratmaq cəhdi kimi qiymətləndirərdim”, - deyə Toronto Universitetinin eksperti və professoru, çinşünas Linett Onq agentliyə açıqlamasında bildirib.(Azvision.az)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.