Bu yaxınlarda Antalyada keçirilən forumda dünyada hökm sürən yalançı, ikiüzlü siyasəti, ikili standartları rədd edən Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin parlaq çıxışı açıq-aydın seçildi.
Senzor.az bildirir ki, bu sözləri Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında azıb.
“Prezident (Əliyev) başqalarının düşündüyünü, lakin yüksək səslə deməkdən çəkindiyini dilə gətirdi və hər şeyi öz adı ilə çağırdı.
O, Rusiyanın Ukraynaya təcavüzü faktlarını dəqiq şəkildə göstərdi və mövcud vəziyyətdən çıxış yolu təklif etdi. Öz çıxışı ilə bir daha təsdiqlədi ki, o, təkcə regionun lideri deyil, həm də dövlətlər üçün yeni davranış prinsipinin yaradıcısıdır – şəxsi ləyaqət hissi ilə”, - Saakaşvili vurğulayıb.