Aprelin 15-dən 16-na keçən gecədən Bakıda və Abşeron yarımadasında yağışın aramsız leysan xarakterli intensiv, günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclü olacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən Senzor.az-a verilən məlumata əsasən, havanın temperaturu gecə +6 dərəcədən +9 dərəcəyədək, gündüz +10 dərəcədən +12 dərəcəyədək olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 90-95 % olacaq.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir leysan xarakterli yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə +5 dərəcədən +9 dərəcəyədək, gündüz +9 dərəcədən +14 dərəcəyədək, dağlarda gecə -3 dərəcədən -8 dərəcəyədək, gündüz 0 dərəcədən -3 dərəcəyədək olacaq.