
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) İstanbul Böyük Şəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun həbsi ilə bağlı ərizəni “vacib yoxlama” siyahısına əlavə etdiyini açıqlayıb. Bu o deməkdir ki, AİHM İmamoğlu ilə bağlı gözləniləndən də tez qərar verəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İmamoğlunun vəkili Mehmet Pəhləvan X hesabında məlumat yayıb.
“AİHM-in bu qərarı Türkiyədən bu günə qədər edilən müraciətlərdə nadir rast gəlinən bir qərardır”, - vəkil əlavə edib.
Ətraflı videomaterialda: