Milli Məclisin sədri Azərbaycan-Ermənistan sülh sazişinə mane olanlara çağırış edib
YENİLƏNİB, foto

“Regiondakı reallıqları təhrif edən tamamilə qeyri-adekvat və qəbuledilməz bəyanatlar sülh sazişinin imzalanması ilə bağlı səylərə xələl gətirir”.


Senzor.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Çex Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Yan Lipavski ilə görüşündə səsləndirib.


Azərbaycan parlamentinin spikeri sülh sazişinin imzalanması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində aparılan vasitəçiliyin ədalətli olmasının zərurətini vurğulayıb.


Görüşdə Milli Məclisin sədri beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartları tənqid edərək deyib ki, bəzi dövlətlərə münasibətdə qəbul olunan qərarlar dərhal icra olunduğu halda, bəzən isə beynəlxalq hüquqa məhəl qoyulmadığının şahidi oluruq.


O, xatırladıb ki, Azərbaycan 30 ilə yaxın Ermənistanın işğalından əziyyət çəkib. Bu işğal nəticəsində bir milyon azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşüb. Ermənistan işğal altında saxladığı bütün şəhər və rayonlarımızı dağıdıb, talan edib. Başda BMT Təhlükəsizlik Şurası olmaqla, demək olar ki, bütün beynəlxalq təşkilatlar işğal faktının aradan qaldırılması ilə bağlı müxtəlif qərar və qətnamələr qəbul etsələr də, otuz ilə yaxın bir dövrdə bu sənədlər kağız üzərində qalıb. Üç il əvvəl isə Azərbaycan öz gücü hesabına bu qərarların icrasını təmin edərək, torpaqlarını işğaldan azad edib.


O, Azərbaycanın hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirdiyini qeyd edərək vurğulayıb ki, ölkəmiz sülhpərvər siyasət həyata keçirir. Azərbaycan regionda daimi sülhün təmin olunmasını istəyir. Ona görə də, işğala məruz qalmış ölkə olmasına baxmayaraq, məhz Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması ilə bağlı təkliflərini təqdim edib.

**

Milli Məclisin sədri Sahibə Qafarova Çex Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Yan Lipavski ilə görüşüb.


Bu barədə Senzor.az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.


Yan Lipavski ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirərək deyib ki, iki ölkə arasında hər hansı açıq mövzu yoxdur. O, iqtisadiyyat və ticarət sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikirlərini ifadə edərək, ölkəsinin enerji təchizatında Azərbaycanın mühüm rolunu diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycan nefti Çexiyanın istehlakının mühüm hissəsini təşkil edir. Xarici işlər naziri bu sahədə əməkdaşlığı daha da genişləndirmək niyyətlərini bildirib.


Yan Lipavski Çexiyanın beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı marağını diqqətə çatdırıb.


Görüşdə Milli Məclisin sədri ölkələrimiz arasında yüksək səviyyəli səfərlərin və görüşlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.


Spiker Sahibə Qafarova Azərbaycanda əlverişli investisiya mühitini, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işlərini, Azərbaycanın müasir nəqliyyat infrastrukturunu və tranzit ölkə kimi mühüm rolunu, bərpa olunan enerji sahəsində gördüyü işləri diqqətə çatdıraraq, ölkələrimiz arasında ikitərəfli iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu bildirib. Qeyd edib ki, bu əməkdaşlığın daha da inkişaf etdirilməsi, o cümlədən bərpaolunan enerji sahəsində əməkdaşlıqla bağlı da geniş imkanlar mövcuddur.

Görüşdə Milli Məclisin sədri beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartları tənqid edərək deyib ki, bəzi dövlətlərə münasibətdə qəbul olunan qərarlar dərhal icra olunduğu halda, bəzən isə beynəlxalq hüquqa məhəl qoyulmadığının şahidi oluruq. O, xatırladıb ki, Azərbaycan 30 ilə yaxın Ermənistanın işğalından əziyyət çəkib. Bu işğal nəticəsində bir milyon azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşüb. Ermənistan işğal altında saxladığı bütün şəhər və rayonlarımızı dağıdıb, talan edib. Başda BMT Təhlükəsizlik Şurası olmaqla, demək olar ki, bütün beynəlxalq təşkilatlar işğal faktının aradan qaldırılması ilə bağlı müxtəlif qərar və qətnamələr qəbul etsələr də, 30 ilə yaxın bir dövrdə bu sənədlər kağız üzərində qalıb. Üç il əvvəl isə Azərbaycan öz gücü hesabına bu qərarların icrasını təmin edərək, torpaqlarını işğaldan azad edib.


O, Azərbaycanın hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirdiyini qeyd edərək, vurğulayıb ki, ölkəmiz sülhpərvər siyasət həyata keçirir. Azərbaycan regionda daimi sülhün təmin olunmasını istəyir. Ona görə də, işğala məruz qalmış ölkə olmasına baxmayaraq, məhz Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması ilə bağlı təkliflərini təqdim edib. Sahibə Qafarova regiondakı reallıqları təhrif edən tamamilə qeyri-adekvat və qəbuledilməz bəyanatların sülh sazişinin imzalanması ilə bağlı səylərə kölgə saldığını və xələl gətirdiyini diqqətə çatdırıb. Azərbaycan parlamentinin spikeri sülh sazişinin imzalanması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində aparılan vasitəçiliyin ədalətli olmasının zərurətini vurğulayıb.

Çexiyanın xarici işlər naziri regionda sabitliyin təmin olunmasında maraqlı olduqlarını, sülh prosesini dəstəklədiklərini bildirib. Qeyd edib ki, Çexiya Azərbaycanın bu istiqamətdə səylərini müsbət qiymətləndirir.


Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

**13:43

Milli Məclisin sədri Sahibə Qafarova Çexiya Parlamenti Senatının sədri Miloş Vıstrçil ilə görüşüb.


Senzor.az xəbər verir ki, Senatın sədri iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi baxımından parlamentlərarası münasibətlərin önəmini qeyd edib.


O, Azərbaycanın Çex Respublikası üçün dost ölkə olduğunu bəyan edib.


Miloş Vıstrçil müasir dövrdə enerji məsələlərinin əhəmiyyətini qeyd edərək, Azərbaycanla ölkəsi arasında enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb. O, həmçinin ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması ilə bağlı niyyətlərini də ifadə edib.

Sahibə Qafarova bu səfərin onun Azərbaycan Milli Məclisinin sədri kimi Çexiyaya ilk rəsmi səfəri olduğunu xatırladaraq, inamını ifadə edib ki, bu səfər iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcək. Spiker deyib ki, parlamentarilərimiz arasında təmasların gücləndirilməsi həm qanunverici orqanlarımızın əməkdaşlığının daha da dərinləşdirilməsinə, həm də iki ölkə ictimaiyyətinə obyektiv məlumatların verilməsinə, ölkələrimiz arasında həqiqətdən uzaq məlumatların yayılmasının qarşısının alınmasına xidmət edər.


Görüşdə spiker Sahibə Qafarova regionda mövcud olan vəziyyət, ölkəmizin bölgədə apardığı bərpa və quruculuq işləri barədə də məlumat verib. Bununla yanaşı, Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi-siyasi təxribatlar, o cümlədən mina təhdidləri, Azərbaycan tərəfindən cari ilin sentyabr ayında 24 saat ərzində həyata keçirilmiş antiterror tədbirləri, Azərbaycanın münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması istiqamətində təşəbbüsləri barədə qarşı tərəf məlumatlandırılıb. Sahibə Qafarova mövcud vəziyyətlə bağlı qəbul edilən qeyri-obyektiv, yalnış informasiyalara əsaslanan qətnamələrin sülh prosesinə zərbə vurduğunu bildirib.

**11:44

"Azərbaycan regionda daimi sülhün təmin olunmasını istəyib. Bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur və Azərbaycan sülhə hazırdır".


Senzor.az xəbər verir ki, bunu Çex Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkə parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə görüşdə deyib.


Görüşdə hazırda regionda mövcud olan vəziyyət barədə məlumat verən S.Qafarova, Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılmasının fəsadları, bu işğal nəticəsində bir milyon azərbaycanlının öz doğma yurd-yuvasından didərgin düşməsi, işğal olunmuş ərazilərdə bütün infrastrukturun və tikililərin, o cümlədən tarixi, mədəni və dini abidələrin dağıdılması haqqında danışıb.

Azərbaycanın təkbaşına öz torpaqlarını Ermənistanın işğalından azad etdiyini və öz imkanları hesabına genişmiqyaslı yenidənqurma işlərinə başladığını bildirən Milli Məclisin sədri deyib ki, Azərbaycan işğala məruz qalmasına baxmayaraq, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Ermənistana beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişi imzalanmasını təklif edərək, regionumuzda uzunmüddətli sülhün təmin olunması üçün böyük səylər göstərmişdir.


O, həmçinin Ermənistanın siyasi və hərbi təxribatları, son 3 ildə üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi, Azərbaycanın Qarabağ bölgəsində antiterror tədbirlərinin keçirilməsi və bu tədbirlərin nəticələri barədə də qarşı tərəfi məlumatlandırıb. Spikerin sözlərinə görə, bu tədbirlər beynəlxalq hüquq normalarına tam uyğun olub, mülki şəxslər arasında itki olmayıb. Sahibə Qafarova, həmçinin Ermənistanın mina təhdidlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma və bərpa işlərinə törətdiyi maneələri də vurğulayıb. O, bir daha bəzi dairələr Azərbaycanı etnik təmizləmədə ittiham etsələr də, bu ittihamları təsdiq edəcək bir dənə də faktın olmadığını, regiona səfər edən BMT missiyalarının da bunu təsdiqlədiyini bildirib.


Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova Çexiyanın sülh danışıqlarını dəstəklədiyini və regionda daimi sülhün bərqərar olmasının önəmini ifadə edib.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.