
Türkiyənin Kocaeli vilayətinin Dilovası rayonunda yerləşən ətir anbarında güclü yanğın baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Mimar Sinan küçəsində baş verən yanğın nəticəsində altı nəfər ölüb, bir nəfər xəsarət alıb.
Səbəbi məlum olmayan yanğın tez bir zamanda güclənib və beş mərtəbəli obyekt yanaraq kül olub...
Kocaeli valisi İlhami Aktaş yanğının tamamilə söndürüldüyünü bildirib və həyatını itirənlərə rəhmət diləyərək, ailələrinə başsağlığı verib.