
Bakıda avtomobilin yükünün yola dağılması tıxac yaradıb.
Senzor.az bildirir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Məlumata görə, Yasamal rayonu, “20 Yanvar” dairəsində yük avtomobillərindən birində olan yükün yolun hərəkət hissəsinə dağılması səbəbindən Bakı-Sumqayıt şosesi “20 Yanvar” metrostansiyası və “Moskva” prospekti istiqamətlərində nəqliyyat sıxlığı yaranıb.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
**
Yol polisi əməkdaşlarının çevik müdaxiləsilə yola dağılan yük yoldan götürülüb, hərəkət təmin olunub.
Hazırda Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrosu istiqamətində hərəkət intensivliyinin artırılması məqsədilə NİİM tərəfindən dairədə olan svetoforlara “yaşıl dalğa” rejimi tətbiq edilir. 
