
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Ukrayna nümayəndə heyətinin ABŞ administrasiyası ilə görüşünün başlanması barədə paylaşımını "Telegram" kanalından silib.
Bu barədə TASS məlumat yayıb.
Məlumata görə, silinmiş paylaşım Ukrayna nümayəndə heyətinin ABŞ-da Donald Tramp administrasiyasının təmsilçiləri ilə Ukrayna böhranının nizamlanması məsələsi üzrə görüşə başlamasına dair idi. Lakin Umerov bu addımın səbəbləri ilə bağlı heç bir açıqlama verməyib.
Bundan əlavə, onun "Facebook" və "X" hesablarında da paylaşımın silinməsinə dair izah yer almayıb.