Bakıda sulu qar yağır
FAKTİKİ HAVA

Ölkə ərazisinin əksər yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.

 

Senzor.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin dekabrın 14-ü saat 9:00-a olan məlumatında belə deyilir.

 

Qeyd olunur ki, bir sıra bölgələrdə qar, Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində isə sulu qar və qar yağır.

 

Yağan qarın hündürlüyü Altıağacda 13, Lazada (Qusar) 10, Xaltanda 8, Şabranda 4, Qubada 3, Qobustan, Kəlbəcər, Laçın, Qax, Şahdağ, Qubadlıda 1 sm-dir.

 

Düşən yağıntının miqdarı Xaçmazda 9, Şahbuz, Qobustan, Lənkəran, Astara, Şəki, Oğuz, Kürdəmir, Yardımlı, Lerik və Cəlilabadda 1 mm-dir.

 

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 26, Neftçalada 20, Gədəbəydə 16 m/s-yə çatır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.