
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Senzor.az bildirir ki, bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 22 ailə - 85 nəfər köçürülüb.
Qeyd edək ki, Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.